30.08.2022 Gündəlik Bürclər (30 Avqust 2022 Günlük Bürclər)

29 Ağustos 2022
2 723
0
30.08.2022 Gündəlik Bürclər (30 Avqust 2022 Günlük Bürclər)
Qoç
Sizi maraqlı informasiyalarla dolu gün gözləyir. Bu məlumatlar imkanlarınızı genişləndirəcək və sizə şans gətirəcək. Peşəkar fəaliyyətiniz səfərlərlə, görüşlər və əlaqələrlə bağlı olacaq. Təxirə saldığınız işlər sonradan sizdən ciddi diqqət tələb edəcək. Dostlarınızın köməyilə işlərinizi başa çatdırın.

Buğa
Gün gərgin keçəcək. Çətin anlarla üzləşə bilərsiniz. Hansısa vacib məsələdə öz maraqlarınızı müdafiə etmək, uğurlu layihəyə başlamaq və gələcək naminə riskli işlər üçün yaxşı vaxtdır. Yaradıcılıq işlərinizlə bağlı nələrisə həyata keçirməyiniz üçün şansınız olacaq. Öz karyeranız haqqında düşünmək zamanıdır.

Əkizlər
Bu gün mümkünsüz görünən işlərinizi bitirə bilərsiniz. Yetər ki, işinizə bir qədər ciddi yanaşasınız. Əgər günün pozitiv keçməsini istəyirsinizsə, onda bütün vacib işlərinizi günortadan sonraya saxlayın. Əhatənizdəki insanlar sizə rəğbət göstərəcək, kömək və dəstəyini əsirgəməyəcək. Yığılıb qalan məişət problemlərinin həlli üçün də münasib gündür.

Xərçəng
Bu gün özünüzdən çıxacağınız gözlənilir. Belə hərəkətlə işinizi alt-üst edə bilərsiniz. Maraqlı iş təklifi gələ bilər. Yaxşı olar ki, əhvalınızı düzəldəsiniz, qaşqabaqlı olmayın. Enerji toplamaq üçün istirahətə vaxt ayırın. Günün çox hissəsini istədiyiniz kimi keçirin.

Şir
Həyata yenidən başlamaq istəyəcəksiniz. Ideyanızı dərhal reallaşdırmağa çalışmayın. Yaxşı olar ki, əvvəlcədən nəticəni dərk edəsiniz. Işdə müəyyən çətinliklər və problemlər yarana bilər. Çalışın, heç bir konfliktə baş qoşmayasınız. Ulduzlar susmağı məsləhət bilir. Əks halda, müdiriyyətlə əlaqələrinizi poza bilərsiniz.

Qız
Davam etdirilməsi gərəkən işlərlə məşğul olmalısınız. Gün xoş, yüngül ab-hava və sərbəstlik gətirəcək. Evdəki harmoniyanı qoruyub saxlayın. Səbrli olmaq ətrafdakılarla münasibətləri qoruyub saxlamağı təmin edəcək. Iradəli olsanız, əlinizə götürdüyünüz işləri tamamlayacaqsınız.

Tərəzi
Səbrlilik, dalğınlıq və ciddilik sizə bu gün uğur gətirəcək. Bəzi vacib məsələlərin həlli yolunu tapacaqsınız. Günün ikinci yarısı bir qədər özünüzdə güc toplayın. Əsas diqqətinizi sağlamlığınıza və ailənizə istiqamətləndirin. Istirahətə bir qədər vaxt ayırın. Işlərinizi qaydasına salacaq gücə sahibsiniz.

Əqrəb
Yüksək iş bacarığınız, yaxşı əhval-ruhiyyəniz bir çox fəaliyyət sahələrində müvəffəqiyyət əldə etməyinizə zəmanət verir. Həmkarlarınızdan kənar gəzməyin, çünki hazırkı durumda kollektiv qərara ehtiyacınız var. Imkanlarınızla bağlı söhbət açmayın, müdiriyyət sizin məqsədinizi düzgün başa düşməyə bilər. Səhhətinizə də diqqət yetirin.

Oxatan
Yeniliklər üçün olduqca uğurlu gündür. Bu gün tək qalmağa çalışın. Bu, sizə gücünüzü bərpa etməyə kömək olacaq. Iş yerini dəyişmək və vacib danışıqlar aparmaq istəyən bürcün nümayəndələri üçün uğurlu gündür. Ulduzlar zəhlətökənlik etməməyə çağırsa da, laqeyd olmamağı da tövsiyə edir.

Oğlaq
Yaradıcılıq və karyera üçün müvəffəqiyyətli gündür. Iş fəaliyyətiniz hər kəsi təəccübləndirəcək, hətta sizin özünüzü də. Istirahət, səfər, dostlarla ekskursiya üçün uğurlu gündür. Bu gün yüklənməyin, işlərinizi minimuma endirin, ciddi görüşlər təyin etməyin.

Dolça
Lovğalığınız ucbatından başınıza artıq problemlər açacaqsınız. Digər tərəfdən, siz qeybətin qurbanı olacaqsınız. Çalışın, mübahisələrdən qaçasınız, əks halda böyük mübahisələrin qurbanına çevrilə bilərsiniz. Bu gün ciddi məsələlərin müzakirəsi üçün əlverişli deyil.

Balıqlar
Intizamlı olmaqla işinizi yüngülləşdirəcəksiniz. Yaxşı olardı ki, işin çətinliyini öncədən planlaşdırasınız. Gərgin iş günündən sonra ev işlərilə məşğul olmağa çalışmayın. Boş söhbətlərdən və əlaqələrdən özünüzü qoruyun. Çünki mənasız söz-söhbətlərin nəticəsi sizin üçün ağır ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.