Tül pərdələri ağartmağın asan YOLLARI
- Pərdələri yuyacağınız suyun içinə və ya paltaryuyan maşına 2 yemək qaşığı şəkər tozu əlavə edin.
- Ya da ki pərdələri islağa qoyacağınız suya yumurta qabıqları da əlavə edin, bir az gözlədikdən sonra yuyun.
- Əgər tülləriniz paltaryuyan maşından çıxdıqdan sonra istədiyiniz kimi ağ olmayıbsa, su dolu vannanın içərisinə bir stəkan ammonyak əlavə edin. Pərdələri 2 saat bu suda saxlayın. Sonra pərdələrinizi yenidən maşına atın.
- Neylon pərdələrin parlaq və səliqəli qalması üçün yuduqdan sonra təmiz suya duz töküb qarışdırın, durulayın, elə islaq-islaq asın.
lent.az