Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt
Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Albert Einsteini tanımayan çox az adam tapılar. Bu alim dünyanı dəyişdirməyi və hər şeyə fərqli baxmağımıza səbəb olmağı bacarıb. Biz də görkəmli fiziklə daha yaxından tanış olmağınız üçün, həyatı barədə az bilinən faktları toplayaraq sizə təqdim edirik:

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

1. Albert Einstein 14 mart, 1879-cu ildə Almaniyanın köhnə Vürttemberq əyalətinin Ulm qəsəbəsində, Bahnhofstraße küçəsi, B135 nömrəli binada doğulub.Albert-

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

2. 1955-ci il, 18 aprel tarixində 76 yaşında ABŞ-da New Jersey, Princeton şəhərində gecə saat 01:15-də vəfat edib. Ölüm səbəbi diaqnozu əvvəldən qoyulmuş abdominal anevrizmanın partlaması nəticəsində durdurulması mümkün olmayan qanaxma olub.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

3. Ölümündən bir neçə saat sonra alimin beynini icazəsiz olaraq Dr. Thomas Harvey oğurlamış və elmi araşdırma olaraq onu öyənmişdir.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

4. Albert Einsteinin məzarı yoxdur, çünki o basdırılmayıb. Özünün istədiyi kimi ölümündən sonra bədəni yandırılmış və külləri naməlum bir yerə sovrulmuşdur.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

5. Einstein son vəsiyyətini 18 mart, 1950-ci il tarixində yazaraq, katibi Helen Dukas ilə Dr.Otto Nathan’ı məsul şəxslər olaraq bəlli etmişdir. Onun vəsiyyətində adları keçənlər arasında ögey qızı Margot, 2 oğlu və bir neçə başqa ad da var idi. Bütün yazıları və araşdırmaları isə Qüdsdə yerləşən Yəhudi Universitetinə təhvil verilmişdir.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

6. Bacısı Mayanın bildirdiyinə görə, Einsteinin kiçik yaşlarında ən sevdiyi məşğuliyyət binalar inşa etmək idi. Vəhşi təbiət və idmanla az maraqlanırdı. Yaşı artıqca isə yeganə marağı kitab oxumaq olmuşdu.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

7. Einstein heç vaxt pis şagird olmayıb. Məktəb vaxtlarından nümunəvi davranışı ilə fərqlənib. Xüsusilə də riyaziyyat və təbiət elmlərindən əla qiymətlər alıb. Dil, rəsm və idman dərslərindən aldığı qiymətlər isə nisbətən daha aşağı idi, lakin onlarda da uğursuz deyildi. Bəzi deyilənlərin əksinə olaraq, təhsil müddəti boyunca heç vaxt sinifdə təkrar qalmayıb.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

8. Einstein litseyi 1896-cı ildə İsveçrənin Aarau şəhərindəki Cantonal məktəbində bitirmişdi. 1896-1900 illər arasında İsveçrə Texniki Akademiyasında (ETH) oxuyub. 1900-cü ilin iyul ayında böyük müvəffəqiyyətlə diplomunu almışdı.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

9. Einstein 2 dəfə evlənib. 1875-1948-ci illər arasında yaşamış olan Mileva Maric ilə 1903-cü ildə evlənmişdi. Maric ETH’də oxuyan tələbələrdən biri idi. Onlar 1919-cu ildə boşandılar. Bu hadisədən 4 ay sonra qohumu Elsa Löventhal (1876-1936) ilə evləndi. İlk həyat yoldaşı Milevadan 2 oğlu, ikinci arvadı Elzadan isə 1 qızı olmuşdu.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

10. Einsteinin boyu İsveçrədə tutduğu bir qeyd dəftərində 171.5sm olaraq qeyd edilib. 1923-cü il tarixli pasportunda isə 175sm qeyd edilib. Gözləri qəhvəyi rəngli idi. Pianino və skripka çalmaqdan xoşu gəlirdi. Ən çox sevdiyi musiqiçi Mozart idi, daha sonra Vivaldi, Bax, Şubert, Korelli gəlirdi.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

11. Einsteinin Tümmler adlı qayığı va idi, lakin o özü üzməyi bacarmırdı. Ona görə də hər dəfə dənizə çıxdığında, ailəsi onun həyat təhlükəsizliyi ilə bağlı narahat olurdu.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

12. Arvadı Elza və həkimlər qadağa etməsinə baxmayaraq, siqaret çəkirdi. Bir az alkoqol da qəbul edirdi. Daha çox şərab və konyaka üstünlük verirdi. Lakin alkoqolu heç vaxt çox içməyib.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

13. Einsteinin sevdiyi yazıçılar çox idi. Servantesin Don Kixot əsərindən tutmuş, Dostoyevskinin Karamazov Qardaşlarına kimi müxtəlif əsərləri oxumağı sevirdi. Bundan əlavə Poincaré, Mach, Tolstoy, Heine, Shaw, Schopenhauer və Spinoza oxuyurdu.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

14. Einstein 12 patent sahibi idi. Macar fiziki Leo Szilad ilə soyuducunun patentini almışdı. Bundan əlavə digər alimlərlə də eşitmə cihazının patentini almağı bacarmışdı.

Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt

15. Hal-hazırda da Einsteinin nəsli davam etməkdədir. Lakin şəxsi həyat gizliliyi səbəbilə onların adları və ünvanları açıqlanmır.


Dünyanı dəyişdirən dahi Einstein haqqında az bilinən 15 fakt
Növbəti Xəbər
RƏYLƏR
  1. AluRa
    • AluRa
    • 29 Ekim 2015 17:35
    Cox maraqlidi dunen oxumusdum.Senin xeberlerin hemise maraqli olur.Cox sagol
  2. AleDa
    • AleDa
    • 28 Ekim 2015 21:42
    Bunları bılmırdım. Cox maraqlıdı. Goren ındıkı zamanda da bu cur alımler var? Mene cox maraqlıdı..
  3. -Aydan-
    Einsteinin Tümmler adlı qayığı va idi, lakin o özü üzməyi bacarmırdı. Ona görə də hər dəfə dənizə çıxdığında, ailəsi onun həyat təhlükəsizliyi ilə bağlı narahat olurdu.
    -Bunu bilirdim digər 14 faktı yox..
    -MAraqlı Məlumat idi..
    -Təşəkkürlər..
  4. Demir
    • Demir
    • 28 Ekim 2015 08:07
    Bu alim dunyanin qebul etdiyi en guclu beyine sahib olmagiyla hamini heyretledirib hemcinin menide
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.