Boranı dolması (foto-resept)

28 Ekim 2015
2 170
1
Boranı dolması (foto-resept)
Boranı dolması (foto-resept)

Tərkibi:

1 boranı
50 q kərə yağı
400 q qoyun əti
1 ç.q. üyüdülmüş zirə
1 baş qırmızı soğan
1 çimdik şəkər tozu
1 banka pomidor konservi
duz
1 dəstə cəfəri
zəfəran
1 dəstə keşniş


Hazırlanması:

Sobanı 200 dərəcə qızdırın. Ortaboy boranının qapağını kəsin, səliqəylə içinin tumlarını çıxarın. İçinə kərə yağı çəkin. "Qapağı"nı ağzına qoyub sobada 30 dəqiqə bişirin.

Qoyun ətinin quyruq hissələrini çıxarın, tərəfi 2 sm-lik kublara doğrayın. Soğanı yarımhalqa doğrayın.

Tavada yağı qızdırın, soğanı azca qovurun. Əti əlavə edib qarışdıraraq təxminən 10 dəqiqə bişirin. Zirə əlavə edin.

İki dəqiqə sonra pomidor konservini əlavə edin (şirəsi ilə birlikdə), duz və şəkər tozu qatın. Qarışdırıb, tavanın qapağını örtməklə 30 dəqiqə bişirin.

Ət bişib sousu qatılaşanda zəfəran, xırda doğranmış cəfəri və şüyüd əlavə edib qarışdırın, daha 7-8 dəqiqə bişirin.

Ocaqdan götürüb soyudun. Sonra sobada bişmiş boranının içinə bu əti səliqə ilə doldurun. "Qapağı"nı qoyun.

Sobanın temperaturunu 180 dərəcəyədək azaldın. İçi doldurulub ağzı yaxşı bağlanmış boranını sobada 20-25 dəqiqə bişirin.

Bişmiş boranını sobadan çıxarandan sonra azca soyudun. Süfrəyə həm bütöv, həm də doğrayaraq verə bilərsiniz.


Boranı dolması (foto-resept)

Boranı dolması (foto-resept)

Boranı dolması (foto-resept)

Boranı dolması (foto-resept)

Boranı dolması (foto-resept)

Boranı dolması (foto-resept)

Boranı dolması (foto-resept)

Boranı dolması (foto-resept)

Boranı dolması (foto-resept)

Boranı dolması (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 28 Ekim 2015 18:57
    Maraqli reseptdi. Borani alanda edecem. Xosum geldi.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.