Şokoladlı "çiy" peçenye (foto-resept)
Tərkibi:
200 q şəkər tozu
50 kakao tozu
50 ml süd
50 q kərə yağı
50 q araxis yağı
vanil
140 q yulaf lopası (Herkules)
Hazırlanması:
Formanın içinə perqament döşəyin.
Şəkər tozu, kakao, yağ və südü tayqulpa töküb ocağın üstünə qoyun. Daim qarışdırın. Qaynara düşəndə (üzərində köpük əmələ gələndə) saata baxın, qarışdırmağı dayandırmadan daha 1,5 dəqiqə bişirin.
Ocaqdan götürüb vanil və araxis yağı əlavə edərək qarışdırın. Yulaf lopalarını əlavə edib qarışdırın.
Qaşıqla bu qarışıqdan götürüb perqamentin üzərinə salın (peçenye forması verin). Üzərinə badam, yaxud badam yonqarlarından gül düzəldərək qoya bilərsiniz.
Soyuyub quruması üçün bir neçə saat saxlayın.
Nuş olsun!