Dünyanın ən qəribə 8 oteli
“Hər şey daxil” standart otellerdən yorulanlar üçün alternativ variantlar hər zaman mövcuddur. Bunlardan bəziləri memari quruluşuna, bəziləri mənzərəsinə, bəziləri isə yerləşdikləri məkanlara görə digərlərindən fərqlənir.
Həmin mehmanxanalardan səkkizini seçərək sizə təqdim edirik.
1. Juvet oteli, Norveç
Bu otelin əsas gözəlliyi şüşə divarlarla quş evlərinə bənzəyən otaqlarının olmasıdır. Bunun sayəsində özünüzü ağacların arasında yatırmış kimi hiss edirsiniz.
2. İnntel oteli, Hollandiya
Clause Monet’in “Mavi ev” tablosundan təsirlənərək, Molenar & Van Winden adlı memarlıq firması tərəfindən inşa olunan otelin mükəmməl görünüşü var.
3. Free Spirit Spheres, Kanada
Otelin mottosu belədir: Yerlə əlaqəniz kəsilsə, enerjiniz artar. Bu səbəbdən kürə şəklində olan otel otaqları yerdən bir neçə metr hündürdə olur.
4. Kakslattanen, Finlandiya
Şüşədən iqlolarda ibarət bu oteldə, gecələr ulduzları seyr etmə imkanınız var.
5. Katikies oteli, Yunanıstan
Santorini adasında inşa olunan bu otelin mükəmməl Ege dənizi mənzərəsi var.
6. Cocoa oteli, Maldivlər
Cocoa adasında yerləşən otelin otaqları dənizin içərisindədir. Səhər oyandığınızda, bir başa dənizə girə bilərsiniz.
7. Kirkenes buz oteli, Norveç
Tamamilə qardan ibarət olan otel, hər yay əriyir və qışda təkrar hazırlanır. Əgər yanınızda Finland vodkası varsa, soyuqdan qorxmağa da heç bir səbəbiniz yoxdu.
8. Kitabxana oteli, ABŞ
New York’da yerləşən oteldə 6 mindən çox kitab var. Kitab qurdları üçün cənnət sayıla biləcək auraya sahibdir.