Rənglərin psixologiyaya təsiri

09 Kasım 2015
3 612
3
Rənglərin psixologiyaya təsiri
Rənglərin psixologiyaya təsiri

Rənglərin psixologiyaya təsiri

Rənglərin insan psixologiyasında yeri çox vacibdir. Ona görə də, hər kəs rəngini kəşf etməli, özünü yaxşı hiss etdirən rənglərdən istifadə etməlidir. Rənglər, rahat bir mühit yarada, sakinləşdirə, ilham verməyə, hətta iştahı açmağa belə qadirdir. Yatdığınız otağın, yemək yediyiniz ortamın, geyindiyiniz paltarın sizin əhvalınıza və psixologiyanıza böyük təsiri var.

Qadınların və kişilərin beyin quruluşu fərqli olduğundan onların rəngləri qavrama qabiliyyəti də bir-birindən fərqlənir. Odur ki, kişilər mavi, yaşıl, tünd bənövşəyi rəngləri seçərkən, qadılar firuzəyi, çəhrayı və s açıq rəngləri, uşaqlar isə mavi, qırmızı, yaşıl, sarı rəngləri daha çox sevir.

Bəs rənglər psixologiyamıza necə təsir edir?


Rənglərin psixologiyaya təsiri

Psixoloqların fikrincə, mavi rəng depresiyanın, yalnızlığın, üzüntünün,eyni zamanda sədaqətin, güvənin simvoludur. Mübət tərəfi isə əgər iş görüşmələrinə mavi rəngdə bir paltar geyinərək getsəniz kənardan daha qərarlı bir insan kimi təsir bağışlayaraq işə qəbul edilmənizi təmin edə bilərsiniz.

Mavi rəng iştah kəsilməsinə psixoloji olaraq təsir edir. Odur ki, arıqlamaq istəyənlər, həddindən artıq iştah sahibi olan insanlar mətbəxlərini və ya yemək yedikləri otağı mavi rəngə boyamaqla bu problemin öhdəsindən gələ bilərlər. Əsas üstün cəhhəti isə mavi rəngdə olan yazıların daha tez yadda qalmasıdır.


Rənglərin psixologiyaya təsiri

Növbəti rəng isə alovun, sevginin, səmimiyyətin, gücün həyəcanın və aqresiyanın simvolu olan qırmızı rəngdir. Qırmızı insanlarda qan dövranını arıtırır və tənəffüsü sürətləndirir. Bu rəngdə yazılan yazılar inasanlarım diqqətini asanlıqla çəkir. Ona görə də bütün reklam lövhələrində, dizayın və dekorasiyalarda qırmızı rəngin olması önəmlidir. Qırmızı rəngli paltar insana sərbəst, azad, enerjili bir temp verir.

Rənglərin psixologiyaya təsiri

Parlaq limon sarı sı isə gözü ən çox yoran rəng hesab edilir. Həmçinin sarı rəng metobolizmanı sürətləndirir. Xüsusən uşaqlar olan otaqları parlaq sarı rənglə boyamaq körpələrin ağlamasına, yeniyetmələrdə isə əsəb pozğunluğuna səbəb olur. Eni zamanda sarı rəngli qeyd dəftərçəsi və kompyuterin sarı rəngli ekran fonu beyin yorğunluğuna səbəb olduğu üçün məsləhət görülmür. Sarı rəngi günəşlə müqayisə etsək daha doğru olar - hər kəs günəşi sevər ama günəş şüalarının gözünüzün içinə vurması sizi narahat edər.

Rənglərin psixologiyaya təsiri

- qara rəng klassikanın və ciddiyətin simvoludur. Qara çox insanın ən sevdiyi geyim rəngidir. Əksəriyyət bu rəngdən güclü və ciddi görünmək üçün istifadə edir. Qara rəng haqqında fikilər müxtəlifdi. Bəziləri bu rənin qara qüvvələri, pisliyi simvolizə etdiyini düşünərkən bəziləri tam əksini sədaqətin və dözümlülüyün rəngi kimi görür.
Ağ rəng isə saflığın təmizliyin simvoludur. Buna görə bütün dünyada gəlinliklər ağ rəngli parçadan hazırlanır. Ağ təmizliyi xarakterizə etdiyi üçün həkimlər, labarantlar bu rəngdə forma geyinir.


Rənglərin psixologiyaya təsiri

Yaşıl gözlər üçün ən rahat rəngdir və görmə gücünü artırır, həyəcanı, stresi aradan qaldırır. Çox vaxt xəstəxanalarda istifadə olunmasının səbəbidə xəstələrə rahalıq gətirməsidir. Yaşıl rəngi sevənlər və onda çox istifadə edən insanların özlərinə dəyər vermə qabiliyyətləri yüksək olur, öz inandırıcılıq qabiliyyətləri ilə ətrafdakılara asanlıla təsir edə bilir.

Rənglərin psixologiyaya təsiri

Bənövşəyi rəng zənginliyin, var-dövlətin simvoludur. Əksər insanlar bənövşəyi rəngin dəbdəbəsindən ev dizaynlarında istifadə edirlər.

Rənglərin psixologiyaya təsiri

Adətən kişilərin sevimli rəngi olan qəhvə rəngi sağlam və güvənverici bir təsir bağışlayır.Yetişkinliyin güclülüyün simvolur.

Rənglərin psixologiyaya təsiri

Araşdırmalara görə, çəhrayı rəng insanı sakitləşdirir və ürəkləri yumşaldır. Bir təcrübə nəticəsində məhkumların salındığı kameralar çəhrayı rəngə boyadılıb və bunun məhkumlarda aqresiyyanın qarşısını qısa müddətlikdə olsa aldığı müşahidə olunub.


Rənglərin psixologiyaya təsiri
Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    qara qirmizi en sevdiyim renglerdi :) ellerine salik
  2. _afoRoz_
    Menim sevdiyim mavidir) Cox sagolun melimata gore
  3. -Aydan-
    Bənövşəyi rəngi daha çox sevirəm..
    -Təşəkkürlər maraqlı məlumat üçün.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.