Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları

03 Aralık 2015
4 117
3
Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları

Mənfi enerjili insanlardan bəziləri bunu bilməyərəkdən etdikləri halda, digərləri sanki başqalarının kefini pozmaqdan, problemli situasiyalar yaradaraq, hamının kefini pozmaqdan həzz alırlar. Lakin nəticə olaraq, hər iki halda digər insanlara lazımsız stress və neqativ hisslər yaşadırlar. Travis Bradberry mənfi enerji yayan və ümumiyyətlə mənfilik yaradan bu insanların öhdəsindən gəlməklə bağlı müxtəlif yollar təqdim etmişdir. Gəlin həmin üsullarla tanış olaq və emosional sağlamlığımızın qeydinə qalaq.

Araşdırmalar, stressin beyin üzərində qalıcı və mənfi bir təsir yaratdığını göstərir. Bir neçə gün stressə məruz qalmaq, beynin məntiq və yaddaşdan məsul, əhəmiyyətli bir hissəsi olan hipokampusdakı sinirlərin fəaliyyətini zəiflədir. Həftələrlə yaşanan stress, beyin hüceyrələrinin bir-biriylə olan əlaqələrinə ziyan vurduğu halda, aylarla davam edən stress isə, neyronları bir daha bərpa olmayacaq sürətdə yoxedir. Stress uğurun qarşısını alır, beyniniz və təbii olaraq, fəaliyyətiniz də bundan böyük zərər görür.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları

İşinizlə bağlı yaşadığınız stressin böyük hissəsi işlərin vaxtında çatdırılmasıyla bağlı olmaqla, ümumilikdə nəzarət edilməsi mümkün olan gərginlik yaradır. Sizə əsl zərər verən isə sürpriz kimi ortaya çıxan gözlənilməz vəziyyətlərdir və bu vəziyyətlərin qaynağı da çox vaxt həmin zərərli insanlardır. Səbəbi istər mənfilikləri, zalımlıqları ya da sadəcə necə davranacaqlarını bilməmələri olsun, sizi stressə salan bu insanlarla mübarizə aparmağı bilməyiniz vacibdir.

İş həyatında müvəffəqiyyət qazanmış insanların ortaq xüsusiyyəti stress anlarında hisslərini necə idarə etməli olduqlarını bilmələridir. Ən böyük qabiliyyətləri isə zərərli insanları özlərindən uzaq tutmağın yollarını illər ərzində öyrənmiş olmalarıdır. Yaxşı, bəs müvəffəqiyyətli insanların bunu etmək üçün istifadə etdikləri taktikalar nələrdir?

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Hər şeydən şikayət edən mənfi enerjili insanlarla aralarına sərhəd qoyurlar

Hər şeydən şikayət edən neqativ insanlar, problemlərə fokuslandıqları üçün həll tapmaqda da təbii olaraq müvəffəqiyyətsiz olurlar. Özlərini daha yaxşı hiss etmək üçün hər kəsin onlar kimi bədbəxt olmasını istəyirlər. Digər insanlar isə kobud ya da laqeyd görünməmək üçün həmin insanların şikayətlərini dinləmək məcburiyyəti hiss edir. Lakin, insanları başa düşməklə, onların mənfi hisslərlə dolu dünyasında ilişib qalmaq arasında çox incə bir xətt mövcuddur.

Bu vəziyyətdən xilas olmaq üçün, bir sıra sərhədlər qoymağınız və lazım olduğunda uzaq dayana bilməyiniz kifayətdir. Belə düşünün: Bütün gün siqaret çəkən birinin yanında oturub, tüstüsünü tənəffüs edirsinizmi? Hər şeydən şikayət edən insanlardan da bu şəkildə uzaq dayanmağınız lazımdır. Sərhəd qoymağın ən yaxşı yolu – şikayət edən insana bu problemi necə həll etməyi planlaşdırdığını soruşmaqdır. Bu sual qarşısında ya susacaq, ya da söhbəti daha effektiv bir istiqamətdə davam etdirəcək.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Münaqişələrdən zərərsiz çıxırlar

Müvəffəqiyyət qazanmış insanlar hissləri “oxumağa” və onlara uyğun həmlələr etməyə qadirdilər. Hər hansı bir anlaşılmazlıq zamanı nəzarət edilə bilməyən hisslər sizi istəmədiyiniz davranışlara vadar edərək, özünüzə zərər verəcək şəkildə davranmağınıza səbəb olur. Ona görə də, zərərli insanlarla aranızda bir anlaşılmazlıq çıxdıqda, hisslərinizin nəzarətdən çıxmamasına diqqət edərək, lazımlı zamanda, lazımlı reaksiyanı verməyə çalışın.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Məntiqsiz vəziyyətlərin öhdəsindən gəlirlər

Mənfi enerjili insanların davranışları o qədər məntiqsizdir ki, sizi asanlıqla hövsələdən çıxara bilərlər. Lakin bu mövzuda diqqətli olmağınız lazımdır – hisslərin siz idarə etməsinə icazə verərək, özünüzə zərər verməyin. Qarşınızdakı insan nə qədər məntiqsiz olsa, sizin də bu işin öhdəsindən gəlməyiniz əslində o qədər asan olur. Belə hallarda, mövzuyla aranıza emosional bir məsafə qoyun və o adamla ünsiyyətinizdə, sanki bir elmi layihəymiş kimi yaxınlaşın. Bu halda ancaq reallığa uyğun hərəkət etməlisiniz.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Hisslərinə nəzarət edə bilirlər.

Mənəvi məsafəni qorumaq üçün ciddi bir özünə-nəzarət tələb olunur. Bəzən işin içindən çıxmağın ən yaxşı yolunu tapmaq üçün, dayanıb düşünmək lazımdır. Fikrinizi cəmləyib, ən yaxşı hücumu etmək üçün özünüzə vaxt verin.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Heç kimə keflərini qaçırmaq imkanı vermirlər

Qane olmaq və həzz almaq digər insanların düşüncələrinə bağlıdırsa, bu o deməkdir ki, siz öz xoşbəxtliyinizə nəzarət edə bilmirsiniz. Ağıllı insanlar etdikləri bir şeydən xoşbəxtlik duyduqlarında, heç kimin fikir ya da pis niyyətli şərhlərinin keflərini qaçırmağına imkan vermirlər.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları

Başqalarının sizin haqqınızda düşündükləri barədə tamamilə qeydsiz qalmaq qeyri-mümkün olsa da, özünüzü heç kimlə müqayisə etmək məcburiyyətində deyilsiniz. Bundan başqa başqalarının fikirlərinə ehtiyatla yaxınlaşmaq lazımdır. Bunun sayəsində, özünüzə verdiyiniz dəyər başqalarına bağlı olmayacaq, pis niyyətli insanların dedikləri və ya etdikləri sizə təsir etməyəcək

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Unutqan deyillər

Emosional zəkaya sahib insanlar asan bağışlasalar da, bu hər şeyi unutduqları mənasına gəlmir. Bağışlamaq, səhv edən adama ikinci şans vermək demək deyil; bu daha çox, yola davam edə bilmək üçün mənfi vəziyyətləri keçmişdə qoymaq məqsədiylə edilir. Uğurlu insanlar, başqalarının səhvləri ucbatından çıxılmaz vəziyyətə düşmək istəmədikləri üçün, keçmişdə olanlara arxada buraxıb, gələcəkdə də zərər görməmək üçün özlərini qorumağı bacarırlar.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Özləri haqqında mənfi düşünmürlər

Bəzən digər insanların mənfilikləri sizi də ələ keçirir. İnsanların sizə davranış formaları qarşısında özünüzü pis hiss etməyiniz normal olsa da, lakin bunu aşmaq ya da mənfi duyğuları daha da gücləndirmək, tamamilə sizə bağlı bir şeydir. Özünüz haqqında mənfi düşüncələrə qapılmaq sizi zəiflədir, çıxılmaz vəziyyətə sürükləyir. Üstəlik də, çox vaxt bu düşüncələr həqiqətə uyğun olmurlar. Bu səbəbdən də, hər nə bahasına olursa olsun, öz özünüzü pisləməkdən uzaq durun.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Problemlərə deyil, həllərə odaklanırlar

Diqqətinizi verdiyiniz yer, duyğusal vəziyyətinizi da müəyyən edir. Əgər qarşılaşdığınız problemlərə yoğunlaşırsanız, mənfi hissləri və stressi daha da uzadır. Müsbət duyğular yaradıb stressi azaldacaq bir fərdi məhsuldarlıq hissiyyatı yaratmaq üçün, içində olduğunuz şərtləri daha yaxşı bir vəziyyətə salacaq hərəkətlərə fokuslanmalısınız.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları

Zərərli insanların sizi nə qədər çətin vəziyyətə saldıqlarını düşünüb, bu nöqtədə ilişib qalmaqla, gücünüzü ələ keçirmələrinə səbəb olursınız. Etməli olduğunuz şey bu problemi həll etmək yollarınıza fokuslanmağınızdır.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Qəbul etdikləri kofeinin miqdarına diqqət edirlər

Kofein qəbul etmək, adrenalinin ifrazına səbəb olur. Bu səbəbdən də, bir təhdidlə qarşılaşdığınızda, ya qaçmağınıza ya da sərt bir şəkildə reaksiya verməyinizə səbəb olur. Bu mexanizm dərhal reaksiya vermək üçün, məntiqli düşünmənizə mane olar.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları
Yuxu rejimlərini diqqətdə saxlayırlar

Stressli vəziyyətlərdə normal emosional səviyyənizi qorumaqda yuxu olduqca əhəmiyyətlidir. Yatmaq beyninizə yenidən enerji yığmağa kömək edir. Gün ərzində yaşadıqlarınıza göz atıb, lazımlı olanları saxlayır, lazımsızları isə yox edir. Bunun sayəsində zehniniz açıq şəkildə oyanırsınız. Əgər kifayət qədər yata bilməsənizz, nəzarət, diqqət və yaddaş tutumunuz da azalacaq. Bununla birlikdə yuxusuzluq, stress hormonlarının səviyyəsini də artır. Yaxşı bir gecə yuxusu sayəsində, mənfi enerjili insanlarla olan ünsiyyətinizdə daha müsbət, yaradıcı və fəal olursınız.

Mənfi enerjili insanlardan qorunmağı bacaranların qızıl qaydaları


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    sona qeder oxumadim tewekkurler
  2. Duyqulu Melek
    maraqli xeberiydi cox saqolun
  3. BaRCaLi_QiZ
    xebere gore twkkk maraqli idi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.