Depressiya haqqında səhv bildiyimiz 6 şey

24 Aralık 2015
2 306
0
Depressiya haqqında səhv bildiyimiz 6 şey
Depressiya haqqında səhv bildiyimiz 6 şey

Depressiya haqqında səhv bildiyimiz 6 şey

Bəzi şeylər haqqında səhv məlumatlara sahib olmağın nə qədər təhlükəli ola biləcəyini təsəvvür edə bilməzsiniz. Xüsusilə də psixoloji problemlərlə bağlı məsələlərdə bu bilgilər dəqiq olmalıdır, əks halda nəticələr heç də ürəkaçan olmaz. Günümüzün ən qaçılmaz problemi olan depressiya da bunlardan biridir. Bəs sizin depressiya haqqında bilgiləriniz nə qədər düzgündür? Gəlin yoxlayaq.

Səhv: “Depressiyanın cəmi bir növü mövcuddur.”

Depressiya haqqında səhv bildiyimiz 6 şey

Doğru: İnsanlar depressiyadan bəhs etdikləri zaman, adətən ümumi depressiv pozuntu barədə danışırlar. Lakin həyəcan kimi, depressiyanın da bir neçə növü mövcuddur. Xroniki depressiya da bunlardan biridir. Xroniki depressiya zamanı bəlli simptomların sayı daha az olur. Klinik depressiyadan fərqli olaraq, xroniki depressiya gec bəlli olur və davamiyyəti də daha uzun olur. Kliniki və xroniki depressiyanın bir çox alt növü də mövcuddur. Bura hamiləlikdən sonra olan depressiya, mövsümi melanxoliya və ya bipolar pozuqluq da daxil edilə bilər.

Səhv: “Depressiyada olmaq sadəcə kədərli olmaq deməkdir.”

Depressiya haqqında səhv bildiyimiz 6 şey

Doğru: Ümumi qənaət depressiyanın yalnız kədərlə bağlı olduğu istiqamətindədir. Ancaq əlamətlər hisslərdən çox daha uzağa – fiziki sahəyə də keçə bilər. Ümumi əlamətlər kədərli, ümidsiz və özünü boşluqda hiss etmək, yataqdan qalxmamaq, iştaha itkisi, həddindən artıq çox və ya az yatmaqdan ibarətdir. Digər hallarda isə insan öz işlərinə fikrini cəmləməkdə çətinlik çəkir, hər şeyi daha çətin və gec qavramağa başlayır. Depressiyanın əlamətləri içində tükənmişlik hissi və heç nədən zövq ala bilməmək də var.

Səhv: “Həkimlər depressiyanın səbəbini bilir.”

Depressiya haqqında səhv bildiyimiz 6 şey

Doğru: Mütəxəssislər beyin və depressiya arasında əlaqəni tam olaraq aydınlaşdıra bilməyiblər. Bəzi insanların beyinlərinin nə üçün depressiyaya daha meylli olduqları hələ də bilinmir. Ortada sadəcə bir neçə iddia var. Sadəcə, müəyyən kimyəvi maddələrin miqdarı artırılırdıqda və ya azaldıldıqda, insanların özlərini daha yaxşı hiss edə bildikləri bizə məlumdur.

Səhv: “Antidepressantlar ən asan həll yoludur.”

Depressiya haqqında səhv bildiyimiz 6 şey

Doğru: Bu heç də hər kəs üçün keçərli deyil. Bəzi insanlar antidepressant müalicəsindən sonra qısa müddətdə sağaldığı halda, digərləri üçün bu vəziyyət heç də bu qədər asan olmur. Düzgün dərmanı tapa bilmək üçün sınaq müddətində bir neçə dəfə yanılmaq təhlükəsi mövcuddur.

Səhv: “Depressiyanın mütləq bir səbəbi olmalıdır.”

Depressiya haqqında səhv bildiyimiz 6 şey

Doğru: Ailədə yaşanan itkilər ya da işini itirmək kimi səbəblər depressiya ilə nəticələnə bilər. Bundan başqa depressiya bizə bəlli olmayan səbəblərdən də meydana gələ bilir və bunu bir çoxları genetik amillərlə əlaqələndirir.

Səhv: “Depressiyadaki insanın depressiyada olduğu dərhal bəlli olur.”

Depressiya haqqında səhv bildiyimiz 6 şey

Doğru: Bəzi insanların daxili vəziyyətləri üzlərinə baxan kimi bəlli olur. Yəni onlar heç bir halda maskalana bilmirlər. Lakin bəzi insanlar da vəziyyətlərini gizlətmək məsələsində olduqca ustadırlar. Bu insanlarda depressiyanın olduğunu başa düşmək çətindir.


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.