Meyvə lavaşaları

11 Kasım 2015
1 577
2
Meyvə lavaşaları
Meyvə lavaşaları

Meyvə lavaşalarının (pastila) hazırlanma qaydasını təqdim edirik:

Zövqünüzə görə meyvə və giləmeyvədən istifadə edə bilərsiniz.

Meyvəni yuyub təmizləyin, dənəsi varsa, çıxarıb xırda doğrayın. Zövqə görə şəkər tozu əlavə edin. Əgər meyvə şirindirsə, şəkər tozuna ehtiyac yoxdur.

Meyvəni iri qazana qoyun, 4 st. meyvəyə 0,5 st. nisbətində su əlavə edin. Qaynara düşəndən sonra qazanın ağzına qapaq qoyub vam odda 10-15 dəqiqə bişirin. Meyvəni püre halına salın, şəkər tozu, limon şirəsi, sevdiyiniz ədviyyat əlavə edin.

Şəkər tozu tam əriyincə, amma 10 dəqiqədən artıq olmamaq şərtilə bu püreni qaynadın.

Əgər püre eynicinsli deyilsə, hazır olduqdan sonra blenderlə xırdalayın.

Formanın içinə sellofan döşəyin, üzərinə nazik lay meyvə püresini yayın. Diqqət edin ki, sellofan sobanın divarlarına dəyməsin, yaxud, meyvə püresinin üzərinə qatlanmasın.

Bunu 60 dərəcə qızdırılmış sobada qurudun. Üzəri hamar olub ələ yapışmayan zaman hazır hesab olunur.

Qurumuş lavaşaları rulon kimi büküb ağzı bağlı bankalarda saxlayın.


Meyvə lavaşaları

Meyvə lavaşaları

Meyvə lavaşaları

Meyvə lavaşaları

Meyvə lavaşaları

Meyvə lavaşaları

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Vay nə dadlı görünür.. mama belə şeylərlə maraqlanır göstərəcəm...
    -Təşəkkürlər.
  2. AleDa
    • AleDa
    • 12 Kasım 2015 00:16
    Reseptı beyendım.. Gesey gornusu var... Tewekkurler..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.