Gerçək olduğuna inanmaq olmur

27 Kasım 2015
2 413
4
Gerçək olduğuna inanmaq olmur
Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur

Dünyanın zənginliyi, maraqlı mənzərələri haqqında çox danışmaq olar. Elə qeyri- adi təbiət möcüzələri var ki, onlara baxdıqda real olduğuna insanın inanmağı gəlmir.

Sizlərə təbiətin möcüzəvi mənzərələrindən bir neçəsini təqdim edirik:

Gerçək olduğuna inanmaq olmur

Bunlardan biri də Filippin arxipelağında Bohol əyalətində yerləşən şokolad dağlarıdır. Bu ərazi hamısı eyni hündürlükdə, konusvari formada olaraq, 50 km sahəni əhatə edən 1268 təpədən ibarətdir. Təpələr yaşıl otlarla örtülüb və yalnız ilin quraqlıq vaxtı qəhvə rəngi alır.

Elə bu zaman da əsl şokalada bənzəyən bu təpələr turistlərin ən sevdiyi məkanlar siyahısındadır. Bura Flippin Turizm Nazirliyinin turistik yerləri siyahısındadır və ölkənin 3-cü milli abidəsi olaraq UNESCO-nun Dünya Mədəni İrs siyahısına salınıb.

Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur

Dünyanın digər bir maraqlı mənzərəsi isə Misir ərazisində Saxara səhrasıdır. İlk baxışda o, adi bir qum səhrası kimi görünsə də, sonradan insanda sanki yerdə qum dənələri deyil, ağappaq qar varmış kimi təəssürat yaradır. Bir vaxtlar bu səhra okeanın altında yerləşib. Su çəkildikdən sonra səhra dəniz oraqizmlərinin qalıqlarından əmələ gəlib, ağ rəngli əhəng daşı ilə örtülüb.

Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur

Vayominq:“Şeytan qülləsi”. Bu cür qorxulu ad təbiətin yaratdığı abidəyə verilib. O dəniz səviyyəsindən 1556 metr hündürlükdə yerləşir. Abidənin öz hündürlüyü isə 386 metrdir. Bu abidə vulkan mənşəli böyük monolitdir. Abidənin yaşının təqribən 225-195 milyon il arasında olduğu təxmin edilir. “Şeytan qülləsi” ABŞ-da milli abidə kimi qorunub saxlanılır.

Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur

Dünyanın ən gözəl mənzərələrindən bir də Çində yerləşən “Tütək mağarasıdır”. Buranın qeyi -adi mənzərəsi hər kəsi özünə heyran edir. Bu mağarada yerləşən göl dünyanın ən gözəl gölü adlanır.

Burada hər şey qeyri-adi formadadır. Mağaranın gölə düşən əksi nağıl mənzərələri yaradır. Bu yeri dünyada məşhur edən özünəməxsus quruluşu və rəngli işıqlanmasıdır. Mağaranın adı isə yaxınlıqda musiqi fleytası hazırlamaq üçün istifadə edilən qamışlığa görə qoyulub.

Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur

Avstraliyalı aborigenlərin “Şeytan qayalıqları” adlandırdıqları Karlu-karlu da dünyanın ən qəribə yerləri siyahısındadır. Buradakı qırmızı qranitdən olan qayaların ölçüsü 50 sm -dən 60 metrə kimi dəyişə bilir. Alimlərin fikrincə bu yer milyon il əvvəl ərimiş maqmanın qum daşı ilə birləşərək soyumasından sonra yarana qranit formasındadır.

Gerçək olduğuna inanmaq olmur

Gerçək olduğuna inanmaq olmur


Ans Press.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. royus
    • royus
    • 28 Kasım 2015 10:29
    bir birinden gozeldiler tesekkurler
  2. -Aydan-
    -Allahın yaratdığı möcüzələrdir..
    -Təşəkkürlər..
  3. AleDa
    • AleDa
    • 27 Kasım 2015 20:28
    Gozel ve qeyrı adı yerlerdı.. Tewekkurler maraqlı xeber ucun..
  4. sevgi^_^
    sakalad daglari?? ne maraqli yaa hec ewitmemiwdim melumata gore saolun))
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.