«Kral mərməri» (foto-resept)

28 Kasım 2015
1 154
1
«Kral mərməri» (foto-resept)
«Kral mərməri» (foto-resept)

Tərkibi:

xəmir:

0,5 st. şəkər tozu
1,5 st. un
100 q kərə yağı və ya marqarin
1 paket (10 q) qabartma tozu

iç:

4 yumurta
600 q kəsmik
2/3-1 st. şəkər tozu
1 paket vanil

üzərinə:

4 x.q. qatılaşdırılmış süd
6 dolu x.q. xama
şokolad sousu


Hazırlanması:

Xəmir üçün olan ərzağı qarışdırıb ovuntuq halına gətirin. Bunu blenderdə də edə bilərsiniz, soyuq yağı unla döyüb şəkər tozu əlavə edərək də. Blenderdə qarışdırarkən yağın çox soyuq olması vacib deyil.
İçi hazırlayanadək soyuducuya qoyun.

«Kral mərməri» (foto-resept)

Kəsmik suludursa, ona 2 x.q. un qatın, qurudursa, lazım deyil.
Zövqə görə içə sukat, gilənar qurusu, kişmiş əlavə edə bilərsiniz. Bunun üçün onları əvvəlcədən qaynar suda isladın, şişəndən sonra süzün, qurudun, una batırın, içə əlavə edin.

İç üçün olan ərzağı qarışdırın, sonra əl blenderi ilə xırdalayın (quru meyvələrsiz).

«Kral mərməri» (foto-resept)

Kənarı açılan formanın içinə (24 sm diametrli, yaxud 22x22 sm ölçüdə dördbucaqlı) perqament döşəyin. Kənarlarına isə yağ çəkin.

Ovuntuq xəmirin yarısından çoxunu formaya töküb hamarlayın, üstündən basmaq lazım deyil.
İçi tökün, hamarlayın.

«Kral mərməri» (foto-resept)

Quru meyvəni bu zaman əlavə edə bilərsiniz. Qalan ovuntuq xəmiri bərabər qaydada üstünə səpin.

«Kral mərməri» (foto-resept)

Formanı 180-190 dərəcə qızdırılmış sobaya qoyun. 50-60 dəqiqə bişirin. Piroqun üstü qızaracaq. Bişməyə son 5 dəqiqə qalmış "mərməri" hazırlayın.

Qatılaşdırılmış südlə xamanı çəngəllə çalın.

Qaynar piroqun üzərinə bərabər qaydada yayın.

Şokolad sousunu ara-bərədə damcıladın (adi şokoladı su hamamında əridib istifadə edə bilərsiniz), sonra kibrit və ya diş çöpünü bu damcıların içindən keçirərək hərəkət etdirib mərmər effekti yaratmağa çalışın.

«Kral mərməri» (foto-resept)

«Kral mərməri» (foto-resept)

«Kral mərməri» (foto-resept)

Piroqu soyuducuda 2 saat (ən yaxşısı 1 gecə) saxlayın. Sonra kənarlarını iti bıçaqla ayırıb formanın qırağını açın. Piroqu dördbucaqlı, yaxud romb formasında doğrayın.


«Kral mərməri» (foto-resept)

«Kral mərməri» (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Nə gözəl nə dadlı görünür..
    -Təşəkkürlər etməyə çalışacam...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.