İçli blinçiklər (foto-resept)

05 Aralık 2015
2 433
2
İçli blinçiklər (foto-resept)
İçli blinçiklər (foto-resept)

Tərkibi:

4 dolu x.q. mannı yarması
1,5 st. un (300 q)
4 yumurta (2-si xəmirə, 2-si içə)
550 ml qatıq (400 ml xəmirə, 150 ml - içə)
100-120 ml su
0,5 ç.q. soda
1 ç.q. şəkər tozu
0,5 ç.q. duz
3 x.q. bitki yağı
1 baş soğan
100 q toyuq döşü
ispanaq
50 q pendir
10-15 q kərə yağı


Hazırlanması:

2 yumurtanı yüngülcə çalın, 0,5 ç.q. duz, 1 ç.q. şəkər tozu, 400 ml qatıq, 100 ml su, 4 x.q. mannı yarması, 1,5 st. un və 0,5 ç.q. soda əlavə edin, yaxşıca qarışdırın ki, lopa qalmasın, sonra 3 x.q. bitki yağı qatın.

Quru, qızdırılmış tavanın tam ortasına 2-3 x.q. xəmir tökün. Xəmir yayılacaq və 10-12 sm diametrli blinçikə çevriləcək.

2 dəqiqə sonra blinçikin üzəri qabarmağa başlayacaq. Üst hissəsi də bişən kimi (yəni duru halından bərk hala keçən kimi) blinçiki tavadan götürüb ayrı qaba qoyun, digər blinçik üçün tavaya xəmiri eyni qayda ilə tökün. Blinçikləri üst-üstə yığmayın, yapışacaqlar.

Blinçiklərdən sonra omleti hazırlayın: əslində içinə ürəyiniz istəyən, sevdiyiniz digər ərzağı qoya bilərsiniz, hətta şirin də olar.

Soğanı xırda doğrayıb az miqdarda yağda qovurun. Suda bişmiş toyuq döşünü xırda doğrayıb soğana əlavə edin, doğranmış ispanaq da qatıb qarışdırın, 2 yumurtanı 150 ml qatıqla çalıb əlavə edin. Omleti tərkibindəki yumurta bişənədək ocağın üstə saxlayın.

Sonra blinçiklərin ortasına bu içdən qoyub, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin, digər blinçiklərlə üzərini qapadın, kənarlarını azca basan kimi yapışacaq.
Göstərilən ərzaqdan 6 içli blinçik alınır.
Hər blinçikin üzərinə yumşaldılmış kərə yağı çəkin. 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.


İçli blinçiklər (foto-resept)

İçli blinçiklər (foto-resept)

İçli blinçiklər (foto-resept)

İçli blinçiklər (foto-resept)

İçli blinçiklər (foto-resept)

İçli blinçiklər (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. glamour
    dadlı görünür) təşəkkürlər
  2. AleDa
    • AleDa
    • 5 Aralık 2015 23:36
    Cox dadlı gorunur.. Tesekkurlerr.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.