Yenidən "dirilən" şəhər

06 Aralık 2015
1 887
1
Yenidən "dirilən" şəhər
Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Dünya tarixi boyunca baş verən müharibələrin fəsadlarını aradan qaldırmağa həm maddi həm də mənəvi olaraq səy göstərib. İnsanlara mənəvi olaraq zərbə vuran ağır müharibələr eyni zamanda şəhərləri və tarixi abidələri də məhv edir. Dünyada nə qədər abidə tarixi şəhərlər var ki, müharibələrin təsirindən yox olsada yenidən ayağa qalxmağı bacarıb. Belə şəhərlərdən biridə Almaniyanın Drezden şəhəridir.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

FeaT.aZ sizə bu məğrur şəhər haqda məlumat verir.

Drezden Almaniyanın Saksoniya əyalətinin paytaxtıdır. O Elba çayının və Erzgebirqe təpəliyinin kənarında yerləşir. 505.514 nəfər əhalinin yaşadığı bu şəhər sahəsinə görə Almaniyanın Berlin , Hamburq və Kölndən sonra dördüncü ən böyük şəhəridir.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Bu şəhərin 63%-i yaşıllıq və meşələrlə örtülmüşdür. Bu xüsusiyyətinə görə Drezden Avropanın ən yaşıl şəhərlərindən biri hesab olunur.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Drezden 2-ci Dünya müharibəsi zamanı ən güclü bombardımana məruz qalan şəhərlərdəndir. ABŞ Hava Qüvvələri və Krallıq Hava Qüvvələri tərəfindən 1945-ci il 13-15 fevral tarixində dəhşətli bombardımana məruz qalıb. Bu dəhşətli faciə zamanı minlərlə günahsız insan həyatını itirdi.

Drezdenin hal-hazırki vəziyyətinə baxılarsa illər əvvəl bu şəhərin tamamilər yerlə-yeksan edildiyinə, yandırıldığına inanmaq olmur. Bu şəhərin bombardıman edilməsi nəticəsində şəhərdə daş-daş üstündə qalmayıb və burada ölən insanların sayı Yaponiyaya atılan atom bombası hücümları zamanı ölən insanları sayı qədərdir. Təxminən 150 min günahsız insan.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Bu qədər ağır günlər yaşamasına rəğmən dimdik ayaqda qalmağı bacaran Drezden hal hazır da Almaniyanın şərqində ən gözəl şəhər hesab edilir. Və hər saysız hesabsız turist axınına məruz qalır. Burada yerləşən dünyanın ən məşhur memarlıq abidələri, brokko üslublu binalar, qədim dövrün möhtəşəmliyini özündə qoruyub saxlamaqdadır.
Şəhərin bərpa olunmasına 40 il sərf edilib. Miyonlarla vəsait xərclənərək şəhərdə olan bütün tarixi abidələr yenidən qurulub.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Bu strukturların ən məşhuru barokko üslubunda qum daşından inşa edilmiş qübbəli, yerdən yüksəkliyi 102 metr olan Protestant Kilsəsi, Frauenkirxe (Frauenkirche -Qadınlar Kilsəsi) 1945-ci ildə bombalanıb xarabalığa dönmüşdü. Lakin xalqın ianələri ilə illər sürən bərpa işlərindən sonra o yenidən köhnə halına gətirilərək 2009-cu ildə qapılarını insanların üzünə açdı.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Köhnə Saksonya Krallığının paytaxtı olan Drezden XIX əsr boyunca musiqi və sənət mərkəzi olub. Məşhur bəstəkar Richard Vagner 1842-1849-cu illər arasında bu şəhərdə saray orkestrini idarə edib.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Burada yerləşən “Yaşıl qübbə” muzeyi də turistlərin sevimli məkanlarından hesab olunur. Bu muzeydə Avqust dövrünün zərgərlik məmulatları nümayiş edilir. Saksoniya kurfürstlərinin və kralların kolleksiyasında 4.000-dən çox unikal incəsənət nümunəsi burada nümayiş etdirilir. Ekspozisiyada yalnız ən məşhur və zərgərliyin qiymətli şah əsərləri hesab edilən nümunələr yer alıb.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Məşhur Drezden Rəsm Qalereyasında Rembrand , Rubens, Rafael , Tizian, Vermer, Van Deyk və Dyurer kimi digər tanınmış rəssamların əsərləri saxlanılır. Və, əlbəttə ki, milyonlarla turist bura dünya rəsm sənətinin ən məşhur şah əsərlərindən birini Rafaelin "Sikistin Madonna" sını görməyə gəlir.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Avropanın ən məşhur muzeylərindən hesab olunan Svinger sarayı da Drezdenin xüsusi incilərdən birdir. Orta əsrlərdə qalalarda xarici və daxili divarlar arasında yerləşən qala divarı svinger adlanırdı. Hazırda birinci binada müxtəlif muzeylər və məşhur Drezden qalereyası yerləşir. Bu məşhur sa yerləşən muzeylərdə Rembrandt, Rubens, Boticelli, Tziano aid ən qiymətli rəsm əsərləri qorunub saxlanılır.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Bir azda müasir tikililərlə özünə heyran qoyan “Yeni Drezden” haqqında da danışmaqda maraqlı olar.Buradakı maraqlı tikililərdən biri “Volkswagen” istehsal edən zavodun binasıdır ki buranın şüşə divarlarından istehsal prosesini izləmək mümkündü.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər

Drezdenin ən əyləncəli yönlərində biri də bura da hər il təşkil olunan əyləıncəli caz festivallarıdır. Hər il may ayının ortalarında dünyanın ən yaxşı cazmenlərinin iştiraki ilə açıq səma altında konsert proqramları təşkil olunur. Köhnə maşınların paradı ilə başlayan bu festivallar qayıqlarda davam edir.

Yenidən "dirilən" şəhər

Yenidən "dirilən" şəhər


Ans Press.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. glamour
    maragli xeberdi cox saolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.