Tartar sousu (foto-resept)

10 Aralık 2015
1 305
0
Tartar sousu (foto-resept)
Tartar sousu (foto-resept)

Tərkibi:

2 bərk bişmiş yumurta
2 çiy yumurtanın sarısı
1/3 st. zeytun yağı
1 x.q. doğranmış göy soğan
şüyüd
50 q duzlu xiyar
1,5 ç.q. xardal tozu
120 q 20%-li xama
limon şirəsi və ya sirkə
duz
istiot


Hazırlanması:

Bişmiş yumurtaların qabığını soyun. Yumurta sarılarını ağından ayırıb xardal tozu və çiy yumurta sarıları ilə birlikdə çəngəllə əzin.
Çala-çala zeytun yağını nazik axınla əlavə edin. Xırda doğranmış xiyarı, bişmiş yumurta ağlarını, xırdalanmış göy soğanı və şüyüdü əlavə edin.
Xama ilə qarışdırıb duz-istiot, lazım gələrsə limon şirəsi və ya sirkə əlavə edin.
Soyuducuda 2 sutkadan artıq saxlamaq olmaz.


Tartar sousu (foto-resept)

Tartar sousu (foto-resept)

Tartar sousu (foto-resept)

Tartar sousu (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.