Ağ lobya salatı resepti

09 Şubat 2015
3 270
0
Ağ lobya salatı resepti
Ağ lobya salatı resepti

Tərkibi:
1 1/2 stəkan quru ağ lobya – gecədən suda isladılmış
1 ədəd orta boy soğan – yarıya bölünüb, uzunsov doğranmış
1 stəkan xırda-xırda doğranmış cəfəri
1 ədəd orta boy yaşıl bolqar bibəri – xırda-xırda doğranmış
2 ədəd orta boy pomidor, xırda-xırda doğranmış
1/4 stəkan zeytun yağı
Zövqə görə sıxılmış limon suyu və ya sirkə
Zövqə görə duz
Zövqə görə istiot
1 ədəd bərk bişmiş yumurta – 4 dilimə bölünmüş
Bir neçə ədəd qara zeytun
Sumax və yaxud şirin qırmızı bibər tozu


Hazırlanması:
Lobyanı süzüb suda yumuşalanadək bişirin. Süzüb iri bir qaba qoyun.
Soğanı təxminən 1 x. qaşığı duzla ovun ki, acı suyu çıxsın və yumuşalsın.
Sonra isə soğanı yuyun və əlinizlə suyunu sıxıb atın. Soğanı lobyaya əlavə edin.
Yumurta, zeytun, sumax və ya bibər tozundan başqa bünün ərzaqları lobyaya əlavə edib qarışdırın.
Salatı servis qabına yerləşdirib, yumurta dilimləri və zeytunla bəzəyin.
Yumurtanın üstünə azca ya sumax, ya da bibər tozu səpin.
Qeyd: Tərəvəz, göyərti, zeytun yağı, limon və ya sirkənin miqdarını zövqə görə azaltıb çoxalda bilərsiniz.


Nuş olsun!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.