Şalvarın qadınlara da çox yaraşdığını sübut edən dəb ilahələri - FOTO
14 Aralık 2016
2 331
0
Feat.Az publika.az-a istinadən şalvarın qadın qarderobuna daxil olmasında böyük əməyi keçən xanımlarla tanış edir.
Yelizaveta Smit Miller
Yelizaveta 1851-ci ildə ictimai yerlərdə şalvar geyinərək əsl inqilab edib. Qadınların özünü korset ilə hər cür işgəncələrə məruz qoyduğu dövrdə Millerin bu addımı amerikalı modapərəst xanımlar tərəfindən amansızcasına tənqid edilib.
Ameliya Blumer
Amerikalı feminist Ameliya Blumerin 1848-ci ildə studiyada çəkdirdiyi bu fotosu bir çox qadını ətəyin altından şalvar geyinməyə ruhlandırıb. Bu tərz illərlə aktual olub.
Sara Bernar
Ətəksiz şalvar geyinən ilk xanımlardan biri fransız sənətçisi Sara Bernar olub. İlk vaxtlarda çox müsbət qarşılanmasa da, bu foto sonrakı dövrlərdə qadınların ilham mənbəyi olub.
Eleonora Sears
Eleonora Sears "Burligame Country Club" meydanına at üstündə joker stilində gəlib və ingilislərə qarşı amerikalılarla oynamaq istədiyini söyləyib. Lakin kişilər razı olmayıb.
Marlen Ditrix
Marlen Ditrix 1930-cu illərin sevilən ulduzu idi. Onun kişisayağı stili dəb dünyasına da təsirsiz ötüşməyib. Dövrünün stil ikonası adına layiq görülən aktrisa stereotipləri dağıdaraq sübut edir ki, qadınların da şalvar geyinmək haqqı var. Bir sözlə, bu xanımla qürur duymağa dəyər.
Koko Şanel
Şalvarın qadınlar arasında dəbə minməsində əfsanəvi dizaynerin rolu əvəzsizdir. Rəvayətə görə, ata minməyi çox sevən Koko enli ətəkdən bezərək onu kəsib, daraldıb və şalvara çevirib. "Mən dəblə məşğul olmuram, dəbi özüm yaradıram" deyən qadının dəbə təsiri və verdiyi töhfələri təxmin etmək çətin deyil.
Odri Hepburun
Odri Hepburn isə dar şalvarların bir xanıma nə qədər yaraşdığını və onu necə zərif göstərmək qabiliyyətinə malik olduğunu göstərərək milyonlarla həmcinsini ruhlandırıb.
Paris 1922-ci il
İlk dəfə şalvar geyinən qadınların sevinci
Ketrin Hepburn
Ana Skot Ceyms
1941-ci il Amerikanın ilk qadın jurnalistləri
1919
Birinci dünya müharibəsində gəmidə çalışan şalvarlı qadınlar
1930 -1940-cı illər
İlk dəfə cins şalvar geyinən qadınlar
Merilin Monro
Sarışın gözəlçə donları xüsusi ilə sevirdi. Bununla belə dəb ikonası kaprilərə qarşı laqeyd deyildi.