Bax...Dinlə...Hiss et...!

18 Ekim 2014
3 462
0
Bax...Dinlə...Hiss et...!
Bax...Dinlə...Hiss et...!

Bax...Dinlə...Hiss et...!
Bax...Dinlə...Hiss et...!
Bax...Dinlə...Hiss et...!

Bax...Dinlə...Hiss et...!Bax..! Bu dəfə reallığa yox, bir az daha uzaqlara bax..! Dahada dərinə get..! Bir az düşüncəni alt - üst elə.. Bəlkə həmişəkindən fərqli bir şey tapa bildin.. Bəlkə " 4 DİVAR " fəlsəfəsindən qırağa çıxa bildin..! Bəlkə əslində başqasan..?! Bəlkə göründüyün kimi deyilsən..! Bəlkə sənin kimi olduğunu heç kim bilmir?! Bəlkə heç özün də tanımırsan özünü?! Bax...Dinlə...Hiss et...!

Bax...Dinlə...Hiss et...!
Bax...Dinlə...Hiss et...!
Bax...Dinlə...Hiss et...!


Bax...Dinlə...Hiss et...!Dinlə..! Zamanın addım səslərini eşit..! Ürək döyüntülərini say..! İlləri boşa verdin, indi günlərin gediş lirikasına qulaq as..! Səssizliyi dinlə.. Bəlkə həyat musiqisinin ritmini tuta bildin.. Bəlkə saniyə əqrəbinin yorulmadan çıxartdığı səsdəki kobudluğu anlaya bildin.. Bəlkə də hələ anlamamısan.. Bəlkə də hələ lay - layı dinləyib yatırsan?!Bax...Dinlə...Hiss et...!

Bax...Dinlə...Hiss et...!
Bax...Dinlə...Hiss et...!
Bax...Dinlə...Hiss et...!


Bax...Dinlə...Hiss et...!HİSS ET..! Hər sifətdəki kədəri hiss elə, amma səhvini yaddan çıxarma.. Səhnələrdəki aktyorlara əl çal, amma pərdəarxası həyacanı da hiss elə..! Kor da olsan, kar da olsan sənə uzadılan əlləri hiss elə..! Klounun qrımsız halını hiss elə..! Bəlkə onda nəbzinin yerini tapa bildin.. Bəlkə onda hansı filmdə oynadığıvı bilərsən; onsuz da hərə öz filmində baş qəhramandı.. Bəlkə onda həyatın sənə verdiklərinin sənin ona verdiklərinlə eyni olduğunu başa düşəcəksən..!Bax...Dinlə...Hiss et...!

Bax...Dinlə...Hiss et...!
Bax...Dinlə...Hiss et...!
Bax...Dinlə...Hiss et...!


Bax...Dinlə...Hiss et...!VƏ DƏ SÖYLƏ..! Niyə küsdüyünü və nəylə barışdığını de..! Kimə görə savaşdığını de..! Kimlə savaşdığını de..! Günahlarını de, savablarını təkliyində gizlət..! Dostlarını kəşf elə, düşmənlərnisə nifrətində gizlət..! QARANLIĞINI BALACA BİR ŞAMLA DA ÖLDÜRƏ BİLƏRSƏN..... Bax...Dinlə...Hiss et...!



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.