Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO

14 Mayıs 2017
3 026
0
Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO
Sürət - nisbi dəyərdir. Siz yol qırağındakı ağaca və ya Avstriyanın bəzi şəhərlərinin YHQ-na nisbətən çox sürətli ola bilərsiniz. Feat.Az auto.az-a istinadən bildirir ki, lakin, əgər bu seçimdən bir avtomobil sürməmisinizsə, sürət haqqında heç ne bilmirsiz.

Qarşılayın, dünyanın ümumi istifadə yollarına buraxılmış ən sürətli avtomobilləri:

10. Aston Martin One-77: 355 kilometr/saat

Bu britaniyalının mühərrik bölümündə 700 a.g. verən, altıpilləli sekvental sürət qutusu ilə birgə işləyən 7,3 litrlik V12 atmosfer mühərriki yerləşir. Yenilik sıfırdan yüz kilometr saata 3,5 saniyəyə sürət yığır.

Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO

9.Lamborghini Veneno: 355 kilometr/saat

Kupe 750 a.g. verən on iki silindrli 6,5 mühərriki və yeddipilləli robotlaşdırılmış sürət qutusu ilə komplektləşdiriir. Superkar ilk "yüzü" 2,8 saniyəyə yiğır. Bu avtomobilin satış qiyməti - təqribən 7 milyon avrodur.

Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO

8.Noble M600: 362 kilometr/saat

Britaniyalı kökləri olan superkar 4,4 litrlik V8 mühərriki ilə təchiz olunur. Onun faydalı iş əmsalı 650 a.g.-dür. Avtomobildə gücü 450 və ya 550-də məhdudlaşdırmağa imkan verən açar var.

Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO

7.Zenvo ST1: 375 kilometr/saat

Arxa ötürücülü superkar Zenvo ST1 mexaniki ötürücü və turbini olan yeddilirtlik səkkiz silindrli benzin mühərriki ilə təchiz olunur. Altıpilləli mexaniki sürət qutusu ilə birgə işləyən mühərrik 1104 a.g. və 1430 fırlanma anı verir.

Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO

6.McLaren F1: 386 kilometr/saat

Əfsanəvi F1636 a.g. verən 6,1 litrlik on iki silindrli atmosfer mühərriki ilə təchiz olunub. Kupe ilk "yüzü" 3,2 saniyəyə yığır.

Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO

5.Saleen S7: 399 kilometr/saat

2005-ci ildən S7 sayəsində faydalı iş əmsalı 750 a.g. olan iki turbinli mühərrik əldə etdi. Belə superkar yerindən 96 km/saata 2,8 saniyəyə sürət yığa bilər.

Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO

4.Koenigsegg Regera: saatda 400 kilometr

Regera - beşlirtlik tvin-turbo V8 mühərriki, üç elektrik mühərriki, xüsusi hazırlanmış KDD transmissiyası (adi tranmissiya dəyişməsi olmadan "bilavasitə ötürücü" texnologiyası) olan hibriddir. Ümumi gücü - 1500 a.g. və təqribən 2000 fırlanma anıdır. Superkar ilk "yüzü" 2,8 saniyəyə yığa bilir.

Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO

3.SSC Ultimate Aero: 412 kilometr/saat

SSC Ultimate Aero avtomobili 1183 a.g. verən 6,2 litrlik səkkizsilindrli benzin mühərriki ilə təchiz olunur. Avtomobil ilk "yüzə" 2,8 saniyəyə sürət yığır.

Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO

2.Bugatti Chiron: 420 kilometr/saat

Chiron 1500 a.g. verən W16 mühərriki və iki muftalı robotlaşdırılmış yeddipilləli sürət qutusu ilə təchiz olunur. "Şiron" 0-dan 100 km/saata 2,5 saniyəyə, 200 km/saata 6,5 saniyəyə, 300 km/saata isə 13,6 saniyəyə sürət yığır.

Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO

1.Hennessey Venom GT: 435 kilometr/saat

Superkar Hennessey Lotus Elise-in modifikasiya olunmuş platformasında quraşdırılıb. Onun 1244 a.g. verən, iki turbinli yeddilitrlik səkkiz silindrli mühərriki var. Avtomobilin qiyməti - 1,2 milyon ABŞ dollarıdır.

Dünyanın ən sürətli avtomobilləri - REYTİNQ - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.