Məhərrəm ayı- Hüseyn aşiqlərinin ayı!
İmam Rza (ə.) belə buyurdu: “Hər kim bizim müsibətlərimizi yad edib və bizə edilən zülmlərdən ötrü ağlayarsa qiyamət günü bizimlə və bizim dərəcəmizdə olacaqdır. Hər kim bizim müsibətlərimizi başa salıb ağlayar və başqasını da ağladarsa qiyamət günü bütün gözlərin ağlar olduğu gün onun gözləri ağlamaz. Və hər kim bizim fəzilət və yaxşılıqlarımız danışıldığı bir məclisdə oturar və bizim əmrimizi dirildərsə (yaşadarsa) qəlblərin öldüyü o gündə, onun qəlbi ölməz”. (Əmali Səduq, səh.131; Biharul-Ənvar, c.44, səh.278; Əl-Qətrə, c.1, səh.629)
İmam Sadiq (ə) buyurub:
Bəni-Üməyyə və İmam Hüseynin (ə) qətlə yetirilməsində kömək edən Şam camaatı nəzir etdilər ki, əgər İmam Hüseyn (ə) öldürülərsə və xilafət məqamı Əbu Süfyanın sülaləsinə yetişərsə, Aşura gününü özləri üçün bayram qərar versinlər və (hər ilin) o günü şükranlıq məqsədilə oruc tutsunlar. Şeyx Tusi, Əmali, s.667, №1397/ 4 (onlayn: 1, 2) Buna görə də Aşura günündə oruc tutmaq müsəlmanlara haramdır.
"İmam Səccad (ə) dəstəmaz üçün su gətirəndə belə, suya baxıb uzun- uzun ağlayar, Hüseynin (ə) Kərbəladakı müsibətini xatırlayardı.."
"Aşurada ağlamağımız zülmü qorxudur!"
İmam Xomeyni
"Hüseyni (ə) çox istəmək, ona aşiq olmaq o dövrün də, bu günün də həqiqətlərini demək və haqqın tərəfində olmaqdan keçir. "
Mən Əbbasam, mənə səqqalar ağlar,
Susuz əhvalıma dəryalar ağlar,
Mənim hicranım ağlatdı Hüseyni,
Ədəbli nökərə mövlalar ağlar.
"İmam Hüseynə (ə) məhəbbət haqqı deməyi bacarmaqdır.. Şəhadəti bahasına da olsa!"
İmam Hüseyn (ə) bütün müsəlmanların haqq sözüdür.. Bütün sadiqlərin Haqq yolunda sadiqliyinin nümunəsidir.