Məhərrəm ayında niyə toy etmək olmaz?

29 Ekim 2014
5 003
0
Məhərrəm ayında niyə toy etmək olmaz?
Məhərrəm ayında niyə toy etmək olmaz?


"Yaxşi olardı ki, Məhərrəm ayının onuncu günü, Aşura zamanı namaz qılan və qılmayan hər kəs məscidlərə gəlsin. Bu adəti torpağına bağlı olan xalqımızın milli birlik, həmrəylik gününə çevirsək daha yaxşı olar".

Bunu İçərişəhər Cümə məscidinin axund köməkçisi Hacı Elşən Əlizadə məhərrəm ayınının "olar-olmazlar"ına münasibət bildirərkən deyib. Axundun sözlərinə görə, həmin gün insanlar məscidə yalnız namaz qılmaq üçün gəlməməlidir: "Aşura günü bütün məscidlərimizdə qanvermə aksiyaları olacaq. Yaxşı olar ki, hər kəs gəlib qanvermə aksiyalarında iştirak etsinlər. Bunun da böyük savabı var. Bundan başqa müsəlmanlar, eləcə də namaz əhli olmayan insanların da məscidlərə İmam Hüseyn həzrətlərinin, həmçinin, vətən uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar oxumaları müstəhəbdir".

Hacı Elşən Əlizadə məhərrəm ayında toy edib-etməmə məsələsindən də danışıb: "Allahu-Təala heç bir yerdə nə vaxtsa toy etmək olmaz deyə bir buyruq verməyib. Hər zaman toy etmək, kəbin kəsdirmək olar. Ancaq biz müsəlmanlar olaraq İmam Hüseyn şəhadətinə ehtiram olaraq könüllü şəkildə bu cür mərasimlərdən uzaq durmağa çalışırıq". Cümə məscidinin "ikinci adamı"nın sözlərinə görə, məhərrəm ayında oruc tutmaq savabdır: "Aşura günündən başqa, məhərrəm ayının tək günləri oruc tutmaq müstəhəb sayılır. Yəni qəbul olunandır. Aşura günü isə imamların hədislərinə əsasən oruc tutmaq olmaz. Günah sayılır. Çünki, bu günün bərəkətli olmasını imam Hüseynin qatili Yezid "icad edib". O deyib ki, "bu gün bərəkətli gündür və elə buna görə də oruc tutun". Amma hədislər isə bunun əksini deyir".

Xatırladaq ki, hicri – qəməri təqviminin ilk ayı olan məhərrəmi-şərif oktyabrın 25-dən başlayıb.



Məhərrəm ayında niyə toy etmək olmaz?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.