Ana sözləri :)

Ana sözləri :)
Ana sözləri :)

Ana sözləri :)

Analar eyni sözləri deməkdən bezmirlər. Biz bu sözlərə o qədər öyrəşirik ki, deyiləni etmirik. Sadəcə deyilməli olan sözlər kimi qəbul edir qulağımız.

“Söndür də tay o kompüteri”, “Az otur kompüterin qabağında”
Analar üçün bütün dərdlərin mənbəyi kompüterdir. Ana, qrip olmuşam, söyləsən, deyəcək ki, hamısı o kompüterin işləridir.

“Yemək yemisən?”
Bir insan ac olsa, bunu deməzmi? Deyər. O zaman dəfələrlə “yemək yemisənmi?” soruşmaq ancaq anaların işi ola bilər.

Ana sözləri :)

“Betonun üstündə oturma”
Bir bildikləri vardır hər halda.

“Tikəni saxlama, bunu da ye”
O qədər belə dedilər ki, indi hamımız artıq çəkidən əziyyət çəkirik. Əslində isə son tikəni saxlamaq lazım imiş.

Ana sözləri :)

“Qaçma, tərləyərsən”
Qaç, tərlə, arıqla. Müasir analar belə deməlidir əslində.

“Çayxanaya niyə gedirsən? Evdə çay yoxdur?”
Heç bir ana başa düşməz ki, çayxanaya çay içməyə yox, söhbət etməyə gedirlər oğlanlar.

Ana sözləri :)

“Ehtiyatlı ol”
Hətta təhlükə olmasa belə.

“Evlən, mən də narahat qalmayım səndən”
Anaların ən böyük arzusu.

Ana sözləri :)

“Evə çörək al”
Həmişə də yaddan çıxır.

“Ayağına corab geyin”, “Qalın geyin”
Onlar üçün havanın temperaturunun fərqi yoxdur.

Ana sözləri :)

“Ölsəm canınız qurtarardı, sevinərdiniz yəqin”
Anaları əsəbiləşdirmək olmaz.

“Səhərdən işləyirəm, yemək bişirmişəm, evi yığışdırmışam, ölürəm”, “Siz yeyin, yatın”
Bəzən isə deyirlər ki, sanki evdə qulluqçu saxlayırsınız.

Ana sözləri :)

“A bala get dərsini oxu, vallah özümə görə demirəm, sənə görə deyirəm, işləyib qazananda mən yadına düşməyəcəm heç”
Həqiqətən də elə adamlar var ki, işləyib qazanandan sonra valideynlərini yada salmır.

“Başı var amma oxumur”
Şərhsiz.

Ana sözləri :)

“Sənə gələn bədbəxt olacaq”
Qızlara isə deyirlər ki, səni alan bədbəxt olacaq.

“Atan gəlsin deyəcəm”
Bu sözdən qorxmayan uşaq az tapılardı.

Ana sözləri :)

“Bu gün-sabah sən də ana (yaxud ata) olanda görəcəm”
Həqiqətən çətindir.

Ana sözləri :)

«Mən beş dəqiqəlik qonşuya gedirəm, sən yarım saat sonra yeməyin altın söndür»
Şərh vermirik, sadəcə gülüb keçin.

“Dur otağı yığışdır, birdən evə qonaq zad gələr”
Əslində qonağa görə demir, məqsəd evi sənə təmizlətməkdir.

Ana sözləri :)

“Dur, saat 12 oldu” (Amma hələ saat 9-dur)
Buna görə evdən qaçan uşaqlar tanıyırdım.

“Dərinə getmə batarsan” (dəniz mövsümündə)
İkibaşlı cümlədir.

Ana sözləri :)

“xalxın uşağı” ilə başlayan cümlələr.
İndiyə kimi o uşağın kimliyi bəlli olmayıb ictimaiyyətə.

Ana sözləri :)


Hazırladı: Rəna Nevzat

RƏYLƏR
  1. ilawka
    beyendim maraqli xeberdi tewekkurler ellerinize sagliq
  2. SaFFron
    Ən çox o xalxın uşağı sözünə əsəb oluram )) Bir status var idi diyir ki,bu xalxın uşağını tapsam təpiyimin altına salacam,bu fason status idi.Yazılanların çoxunu analar işlədir həqiqətəndə.Maraqlı oldu oxumaq təşəkkürlər
  3. AleDa
    • AleDa
    • 15 Ekim 2015 00:14
    )) Dogurdanda beledı..
    Burdakı sozlerın demey olarkı yarıdan coxunu anam deyıb mene.) Maraqlı ve menalı xeber ucun cox sag olun..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.