Ona deyin ki...❤❤

02 Şubat 2015
3 978
0
Ona deyin ki...❤❤
Ona deyin ki...❤❤


Deyin ki, çox uzaqlara getməklə çox uzaqlaşmaq təəssüf ki, həmişə mümkün olmur.

Ona deyin ki...❤❤

Deyin ki, məni yaddan çıxartmaq istəyirsə ilk öncə telefon nömrəmi yadından çıxarsın...

Ona deyin ki...❤❤

Deyin ki, insanlara indiki zəmanədə inam yoxdu.. Hər gördüyünə tanışlıq təklif etməsin.. Heç olmasa məni itirdiyinə dəyən biri olsun.

Ona deyin ki...❤❤

Deyin ki, arıqlamaq ona yaraşmır.. Əgər aclığı varsa yatmaq çıxış yolu deyil. Duranda yenə acacaq.. Ən yaxşısı əringənlik eləməyib heç olmasa yavan çörəy götürüb yesin...

Ona deyin ki...❤❤

Deyin ki, xəstədirsə bir gün küçəyə çıxmasa ölməz.. O lazımsız dərmanlara bir ətək pul verincə, isti geyinsin, zoğallı çay içsin və bir-iki gün evdən çıxmasın..

Ona deyin ki...❤❤

Deyin ki, məni yuxusunda az görsün. Gecələr yata bilmirəm...

Ona deyin ki...❤❤

Deyin ki, açki taxan, əlində kitab tutan oğlanlara gülüb keçməsin... Özü əlində "zajıqalka" tutub da nolubb??!

Ona deyin ki...❤❤

Deyin ki, hər altı-bazar "birtəhər" vaxt eliyib dostlarıyla çayxanaya, bilyard oynamağa gedincə, bir dəfə də o dostlarıyla məscidə getsin..

Ona deyin ki...❤❤

Deyin ki, "həmişə şotu oğlanlar ödəməlidir" - deyə bir qanun yoxdur.. Pulun yoxdursa qıza əvvəldən de ki, "bu gün pulum azdı. Gələn dəfə bir yerə gedərik.." Heç olmasa o qız sənin kasıb halını da tanıyacaq və qəbul edəcək (əgər doğurdan sevirsə)..

Ona deyin ki...❤❤

Deyin ki, boş vaxtlarında mahnı da oxusun, telefonunda, facebookda köhnə mesajları da oxusun, lap Brus Lee-nin həyatın da oxusun.. Ama bir dəfə də Quran oxusun..

Ona deyin ki...❤❤

Deyin ki, "yaxşı qız yoxdur" - deyə lovğalanmasın öz-özünə.. Yaxşı qız yaxşılara rast gələr..

Ona deyin ki...❤❤

Deyin ki, ağlındakı başqasıdırsa yanında olanla keçirdiyin boş zamana heyif...

Ona deyin ki...❤❤

Deyin ki, bir dərdi olanda dostlarına bütün həyatını xülasə eləməyə gərək yoxdur.. O dostları onu uzaq başı dinləyəcək və "əşii, brat, kef elə.. Kişinin başına iş gələr, dur gedək qaradoka" - deyəcəklər.. Ondansa əlini göyə açıb ALLAHa danışsın.. O, həm eşidəcək, həm görəcək, həm kömək olacaq.. Və hələ üstəlik sənə savab da yazacaq.


Ona deyin ki...❤❤


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.