Ona deyin ki

06 Şubat 2015
1 464
0
Ona deyin ki
Ona deyin ki


Deyin ki, çox uzaqlara getməklə çox uzaqlaşmaq təəssüf ki, həmişə mümkün olmur.

Deyin ki, məni yaddan çıxartmaq istəyirsə ilk öncə telefon nömrəmi yadından çıxarsın...

Deyin ki, insanlara indiki zəmanədə inam yoxdu.. Hər gördüyünə tanışlıq təklif etməsin.. Heç olmasa məni itirdiyinə dəyən biri olsun.

Ona deyin kiOna deyin ki

Deyin ki, arıqlamaq ona yaraşmır.. Əgər aclığı varsa yatmaq çıxış yolu deyil. Duranda yenə acacaq.. Ən yaxşısı əringənlik eləməyib heç olmasa yavan çörəy götürüb yesin...

Deyin ki, xəstədirsə bir gün küçəyə çıxmasa ölməz.. O lazımsız dərmanlara bir ətək pul verincə, isti geyinsin, zoğallı çay içsin və bir-iki gün evdən çıxmasın..

Deyin ki, məni yuxusunda az görsün. Gecələr yata bilmirəm...

Ona deyin kiOna deyin ki

Deyin ki, açki taxan, əlində kitab tutan oğlanlara gülüb keçməsin... Özü əlində "zajıqalka" tutub da nolubb??!

Deyin ki, hər altı-bazar "birtəhər" vaxt eliyib dostlarıyla çayxanaya, bilyard oynamağa gedincə, bir dəfə də o dostlarıyla məscidə getsin..

Deyin ki, "həmişə şotu oğlanlar ödəməlidir" - deyə bir qanun yoxdur.. Pulun yoxdursa qıza əvvəldən de ki, "bu gün pulum azdı. Gələn dəfə bir yerə gedərik.." Heç olmasa o qız sənin kasıb halını da tanıyacaq və qəbul edəcək (əgər doğurdan sevirsə)..

Ona deyin kiOna deyin ki

Deyin ki, boş vaxtlarında mahnı da oxusun, telefonunda, facebookda köhnə mesajları da oxusun, lap Brus Lee-nin həyatın da oxusun.. Ama bir dəfə də Quran oxusun..

Deyin ki, "yaxşı qız yoxdur" - deyə lovğalanmasın öz-özünə.. Yaxşı qız yaxşılara rast gələr..

Deyin ki, ağlındakı başqasıdırsa yanında olanla keçirdiyin boş zamana heyif...

Deyin ki, bir dərdi olanda dostlarına bütün həyatını xülasə eləməyə gərək yoxdur.. O dostları onu uzaq başı dinləyəcək və "əşii, brat, kef elə.. Kişinin başına iş gələr, dur gedək qaradoka" - deyəcəklər.. Ondansa əlini göyə açıb ALLAHa danışsın.. O, həm eşidəcək, həm görəcək, həm kömək olacaq.. Və hələ üstəlik sənə savab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.