Ɠ Ɛ D ə Ƈ ə M
Yoruldum həsrətin yollarinda mən,
Səni axtaracam,səni gəzəcəm.
Fikrimdə ayriliq,xəyalimda sən,
Sonda dəfə üzünə baxib
gedəcəm...
Sevgimiz ağacdir,amma bəhərsiz.
Çapiram getməyir atim yəhərsiz,
Düşünmə gedərəm sənnən
xəbərsiz,
Son dəfə əlini sixib gedəcəm...
Necə yaraşdirdin axi özünə.
İnanmaq olmayir heç bir sözünə,
Son dəfə nifrətlə baxib gözünə,
O,sevən qəlbini yixib gedəcəm...
Qəflətən ayriliğ küləyi əsdi.
Sənsizlik əcəl tək yolumu kəsdi,
Əlvida:gedirəm ağlama bəsdi.
Gözündən yaş olub axib
gedəcəm...
Şeytanmi azdirdi səni yolundan?
Mələklər günahi yazir solundan...
Getmək istəyirəm,burax
qolumdan...
Son dəfə qapini çaxib gedəcəm....
müəllif | Vüsal Alxaslι