-Paramparça

06 Nisan 2015
2 342
0


P.S:Unutma,Cənab..Sənin bildiyin More..`baLaca deiL..More..`nin O`kimi dünyası var..Hər gün sevgiyLə böyüyən..


..keçən saatlar yuxusuz..düşüncələr qarışıq..günəş yenicə doğmağa başlayır..və küçələr qurtulur gecənin əsarətindən..işıqlanır bütün gecə göz yaşlarına şahid olan otağın divarları..bir qadın var..kirpikləri islanmış,saçları dağınıq,əli ilə gözlərini yumub səhərin açıldığını qəbul etmək istəməyən..dəqiqələri saxlaya bilmək üçün sehirli güclər arzulayacaq qədər acizləşən..və uzaqlaşıb gedirik başqa bir evə..gəzək biraz dəhlizdə və soldaki otağa baxaq..gözləri tavanda bir nöqtəyə zillənmiş bir adam..bütün gün fikirləşib eyni cümlələri bəlkə yüz dəfə təkrarlayan bir adam..yerindən qalxmaq istəməyən..aynaya baxarkən üzündəki peşmanlığı görməkdən çəkinən..müəyyən edilmiş vaxt yaxınlaşdıqca kövrələn iki ürək.. “necə sağollaşmaq olar heç bir ağrı çəkmədən?”, “necə özünü qoru demək olar ?” , ” yəni bir də heç vaxt görməyəcəm?” “səsi olmadan yaşamaq mümkündürmü”.. cavabsız suallar və bu cümlələri deməyə vadar edən məcburiyyətlər..qərarsızlıq və ürək ağrısı ilə atılan addımlar..həvəssiz daranan saçlar və geyilən paltarlar..küçə ilə gedir ikisi sevgili..və yollar heç vaxt bu qədər düşmən görünmürdü gözə..günəş heç vaxt bu qədər üşütməmişdi dərinin altında ağrılardan bezib gizlənməyə çalışan ürəkləri..insanlar bu qədər yad olmamışdı..bu park heç vaxt bu qədər xarabalıq görünməmişdi gözlərə.. “salam..” sözü heç vaxt bu qədər incitməmişdi sevdiyinin gözlərinə son dəfə baxdığını dərk edərkən.. cümlələr heç vaxt bu qədər boğmamışdı, boğazda düyümlənəndə..gözlər heç vaxt bu qədər açıq danışmamışdı “səni hələ də sevirəm” deyə qışqırarkən..dodaqlar heç vaxt bu qədər qabarlanıb çatlamamışdı, adam “yəni heç bir ümid yoxdur ?” deyərkən.. və ciyərlər bu qədər çətinlik çəkməmişdi ,qadın nəfəs almağa çalışıb “get” deyərkən..


P.S:Unutma,Cənab..Sənin bildiyin More..`baLaca deiL..More..`nin O`kimi dünyası var..Hər gün sevgiyLə böyüyən..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.