Sözlər kimi ikiüzlü birisini tanımıram

18 Mayıs 2015
1 600
0
Sözlər kimi ikiüzlü birisini tanımıram
Sözlər kimi ikiüzlü birisini tanımıramSözlər kimi ikiüzlü birisini tanımıram
Səhvlərim də burdan başladı elə deyilmi? Bütün yerimi verdim,yersiz qaldım. İndi her sözüm,hər hərəkətim, hər arzum,istəklərim,uğurlarım,uğursuzluqlarım,mən,anamın nəvazişi, atamın töhməti, dostumun dostluğu, sənə sevgim yersizdi. Sırf sənə yer verdim deyə. Sırf bütün yerlərimi sənə verdim deyə. Kaş Şərqimdən çıxım qərbimə boylanmayadın.Nələrim vardı bu o qaranlıq həyatımda.İşıqlandırdın ”Nələrim” siz qaldım. Mən səni unuda bilmədim. Günəşi unudum gərək Yandırmaq istədim hisslərimi, hisslərimin oyuncağına çevrilən ruhumu.Səbəb sən hər üzünü sevməyimdi,səbəb səni sevərkən düşdüyüm səbəbsizlik tələsidi. Ya da ki, qorxdum. Gözlərinə baxıb ölümsüzləşərkən düşdüyüm gücsüzlükdən qroxdum.
Sözlər kimi ikiüzlü birisini tanımıram
İndi utanıram. Keçmişimin üfunətlənən zibilliklərindən, gələcəyimin keçmiş olma məcburiyyətlərindən ,qazandıqlarımdan, qazandığım an itirmək fikrinə düşdüklərimdən, itirdiklərimdən, yatağımdan, kitabımlarımdan, səndən, özümdən, utanmadıqlarımdan utanıram. Utanmaq qaçışdı, imdaddı,gücsüzlükdü,acizlikdi. Kim bir qəbir daşının önündə utana bilərki? Amma mən utanıram özümü itirdiyim yerdə , “özüm” dəfn olunan qəbrin daşına baxanda. Utanıram daş olan sevgimə baxanda. Dostlar, yaxın gəlməyin mənə. Nə halımı soruşun, nə xəbər olmun məndən. Nə sevincimə gülməyin, nə kədərimə ağlamayın mənim. Küsmüşəm bu yaşımda qocalar evindəki yaşlılar kimi. Lap elə saqqızı oğurlanan uşaq kimi. Ana qarğışı daşıyan övlad kimiyəm, övlad qarğışı edən ata kimiyəm. Küsmüşəm, atamdan da anamdan da, bəxtimdən də bəxtsizliyimdən də. Yollardan da, yol daşlarından da, dostlardan da, düşmənlərdən də,səndən də küsmüşəm, Lap elə Allahdan da küsmüşəm səni n yolunu yoluma düyümləmədilər mənim! Sanki şurdu bu yaşam mənə. Öz əlimlə düyüm vurdum indi aça bilmirəm. Yazmıram, bitirəcəm bu yazımı bitirmədən. Yalvarsa da həriflər, cümlələr yaz deyə,qiyam qaldırsalar,etiraz eləsələr də yarim qalmağa. Mən yarım qaldıqdan sonra.... Üz-üzə durduğumuzda üzünə baxa bilmə həsrətimi, əl-ələ görüşdüyümüzdə “3 saniyə” sevincinin illərin qat-qat yığılmış,arsızlıqla puç olan arzularımın pöhrələnmə ehtirasını ,əlimdəki bir puket umidin solmasını,sənə demək istədiklərimi, demək istəmədiklərimi ifadə eliyəcək bu sözlər qədər bir fahişə tanımıram mən. Daha yorulmuşam bəsdi! Ürəyim keyiyir qan işləmir, ruhum sızıldayır dözmək istəmir. Əsir vücudum gücsüzlükdən qan içindədi halsız,heysiz arzularım indi. Bir az içmək istəyirəm, hətta əməlli-başlı “biraz” içmək istəyirəm.
Sözlər kimi ikiüzlü birisini tanımıram

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.