Biz bu məhəbbətə nə ad qoyaq

12 Eylül 2014
1 443
0
Biz bu məhəbbətə nə ad qoyaq
Biz bu məhəbbətə nə ad qoyaq

Sanki bu vaxtacan yaşamamışam.
Dünənim, bu gündən nə maraq istər?
Səni indilərdə tapan ürəyim,
Keçmişin qəzasın yaşamaq istər.
Borcu öz vaxtında qaytarmaq gərək.
Əcri xoşbəxtliyin ölümdü demək.
Yəni çox güman ki, bu acgöz fələk,
Bizə səadəti borca verəcək.
Yuxuma gəlmişdin,neçə il qabağ.
Həmənki adamsan, qarışdırmadım.
Necə bu vaxtacan mənsiz yaşadın?
Sənə mənsizliyi yaraşdırmadım.
Doğulub məhəbbət, böyüdək onu.
Bu yolla çatarıq məqsədə ay qız.
Biz bu məhəbbətə nə ad qoyaq ki?,
Allaha, bəndəyə xoş gedə ay qız...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.