Gülümsəmək üçün səbəblərim o qədər azaldı ki

28 Ağustos 2015
2 468
4
Gülümsəmək üçün səbəblərim o qədər azaldı ki
Gülümsəmək üçün səbəblərim o qədər azaldı ki
Əvvəlki qədər gülmürəm artıq.
Yoldaşlarım belə fərqinə vardı səndən sonrasını. "Sənə bir hallar oldu" dedilər, "Yoxdu heç nə" dedim ötürdüm.
Halbuki içimdəki yanğınları bilmir onlar. Bilmirlər, mən dərin atəşlərə baxmayaraq niyə artıq
yağış altında getmirəm. Baharda çətirsiz gəzmirəm.

Axşam daha tez olur sənsizkən.
Evə keçirəm dərhal. Kompüteri açıb, internetə daxil oluram bir az. Sənin yerini tutmayacaq
bir neçə yeni insan tanıdım, onları dinləyirəm içimdə qalanları susduraraq. Bir az da televiziya izleyirəm, ruhumdakı qırğını görməməzlikdən gəlib. Yeni anlayacağın, vaxtımı gərəksiz işlərdə serf edirəm.
Amma erkəndən yatıram, uzun-uzun telefon danışıqlarım yox deyə. Səhər daha gec oyanıram
ve işə hər gün gecikirəm. Üstəlik gediş yolumu da dəyişdirdim. Sakit amma uzun bir yol tapdım,
oradan gedirəm hər gün.
İki ay əvvəl siqaretə başladım.
Fotoşəkil çekməyi də buraxdım səndən dərhal sonra.
Hər şey eyni reng kimi onsuz da, diqqetimi çəkmir heç bir gözellik. Bir tək bu yaxınlarda dayanacaqda
gözleyərkən, kiçik bir uşaq mənə baxıb gülümsədi.

Əyilib yanaqlarından öpmək istədim, amma ağlıma sən geldin, ağladım heç kəsə diqqət etmədən.
Qaçdım uşaqdan, bir sonrakı dayanacağa qədər getdim.
İndi yalnız bu tanış olduğumuz yerlərə gedirəm o aralarda.
Sənin heç sevmədiyin növdə və əsla oxumayacağım kitablar aparıram. Dükançı qız səni soruşur məndən, "Daha gelmədi" deyirəm, o da kedərlənir yoxluğuna.
Akvariumdakı balıqlar bələ öldü sən yoxkən.
Üstəlik ilk, sənin aldığın o qara ləkəli "Canlı" getdi.
İndi evdə məndən başqa canlı yox, bu çirk pasak içində yaşayan kiçik bakteriyaları və balkona yuva quran mövsümlük göyərçinləri saymazsaq.
Ev sakit, sessizdir ümumiyyətlə. Mən əvvəlki musiqi dinləmirəm onsuz da. Aylardır yeni bir albom belə almadım. Köhnələri isə dostlarıma hədiyyə etdim.
Mənə sevgililər günündə hədiyyə etdiyin cib telefonunu da satdım. Əlim hər getdiyində, üzümə hər toxundurduğumda
bədənini xatırladırdı, ürəyimə batırdı musiqi notları.
Həyatımdakı hər şey sadələşir zamanla.
Günəşin batışını izlədiyimiz o pəncərənin pərdəsi belə həmişe eyni şəkli alır. Qaranlıq erkən çökür otağıma.
Zamanla hər şey dəyişir içimdə və xaricimdə.
Saçlarımı artıq digər istiqamətə darayıram.
Artıq hemişə çox daha qısalar. Böhranı bəhanə edib, maaşıma artım etmədilər bu il. Bunu belə düşünmürəm.
Heç bir şeyi düşünmədiyim kimi. Reaksiyalarımı itirdim sanki.
Ağlaya bilmirəm belə. Amma belə yaxşıyam sanki.

Bunları niyə sənə izah etdim bilmirəm.
Amma bilməyini istədim "Sənden sonra"sını.
Belkə yaratdıqlarınla qürur duyarsan, belkə də bir incə sızı meydana gelər o qalın vicdanında.
Amma nəticədə həyat ikimiz üçün də davam edir, sənin istediyin kimi fərqli yollarda.
Ümid edirəm her şey sənin üçün daha gözəl olar.
Gülümsəmək üçün səbəblərim o qədər azaldı ki
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Çox tesirli bir hekayedi saki yazan isan bun heqiqetende yaşayıb kaşki müelifin adın qeyd etseyzdiz
    Kimse üçün gülmsemeye və bu qeder acılar çekmeye heç vaxdı deymez geden cehenenem olub getsin eger senin sevirse heç getmez gedenlerin ardınca yazılan yyazılar o qederdiki heyifki qalanlara o qeder şeyler yazılımır
  2. SEHRI
    • SEHRI
    • 28 Ağustos 2015 13:24
    Oxudum sona qədər amma məncə heçkim üçün gülməyi unutmağa dəyməz.Bir şeyi unutmayaq ki sevsə getməzdi sevməyən biri üçün isə üzülməyə dəyməz.
    Xəbər üçün təşəkkürlər.
  3. Nastinko
    Oxudum həqiqətən təsirlidi əllərinizə sağlıq am
  4. Səma
    • Səma
    • 28 Ağustos 2015 11:21
    Sona qədər oxudum biraz təsirli idi yazan ellerin var olsun çox beyendim Cox sağol
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.