Ey ürəyim, söz dinlə biraz!

06 Aralık 2015
2 400
2
Ey ürəyim, söz dinlə biraz!
Ey ürəyim, söz dinlə biraz!


Bu ürək bir söz anlamaz, başının dikinə gedən bir orqandır. Bədənimdəki hər nöqtəyə söz keçirirəm, ürək xaric!
Terrorist ruhlu bir üzv, yaxında digər orqanlarımız da aldadacaq, birlik olub azadlıqlarını elan edəcəklər - ondan qorxuram.


Ey ürəyim, söz dinlə biraz!

Nə söyləsəm tərsini edir. İbrət olsun deyə, meydanda sallandıracaqsan bunun kimi ürəkləri, bax bir daha edirlərmi?
"Əsla sevmə" deyə üstünə basa-basa söylədiyim kim varsa, həmişə gedib onlara aşiq oldu.



Ey ürəyim, söz dinlə biraz!

Gözlərim görür, gördüyünü şərh deyə ağılıma çatdırır. Ağıl süzgəcindən çıxan düşüncə, ruhumu xəbərdar edir: "Diqqət et! Bu adam sənin qənimin, aman uzaq dayan, vurular!" Ruhum da bunu ürəyimə göndərir. Bura qədər problem yox, anarxiya ürəyimdə başlayır. Sanki ona deyiblər ki, get qollarına atıl! Necə bir sürətli çarpmaqdır, necə bir həyəcandır soruşmayın getsin. Maneə törətməyə çalışıram, amma tuta bilənlərə eşq olsun! Tuta bilməyincə onsuz da eşq olur.
İşin pisi, sevmə dediyim adamların tərzləri də eyni, heç olmasa əvvəlki yaşadıqlarından dərs al deyilmi? Amma harada? Xeyr, nəyinə güvənirsən ki? Sən uzağı 250 qramlıq bir ət parçasısan. Yemək deyə qoysam, qarın doyurmaz. Kiçik halınla kimə baş tutursan?



Ey ürəyim, söz dinlə biraz!

Ayrıca tez qırılar, inciyərsən. Parklarda itlərini gəzdirənləri izlədinizmi heç? O kiçik itlər ölçüsünə, həcminə baxmadan, böyük küçə itlərinə hürüb, baş tutarlar. Böyük it də belə bir baxar, içindən "üfləsəm düşərsən, get, başımı bəlaya soxma" deyər. Ürəyimin etdiyi tam olaraq budur. Boyundan böyük işlərə girər, o böyük küçə itlərinə diklənərlər. Sonrasını təxmin edərsiniz. Görəsən, it təhsil mərkəzi kimi, ürək təhsil mərkəzi qurulsa, bu ürəklərə beyindən gələn əmrlərə itaət etməyi öyrədə bilərmi?


Ey ürəyim, söz dinlə biraz!

Bəzən içimdən, əlimlə sinəmi cıraraq açıb, bu ürəyi söküb atmaq gəlir. Ayrıca ona sevmə deyən yoxdur ki, doğru dürüst adamları seç, onları sev deyirəm. Yoxdur! Harada narahat, problemli tip var, gedər tapar. Dünyanı o qurtaracaq! Sonra onu kim qurtaracaq, orası müəmmalıdır, soruşsanız nə olacaq deyər? Eşq üçün hər şeyə dəyər, hər acı çəkilər deyər. Sanki ağrını tək başına çəkir.

Sən yalnız acı çəkirsən, bu vaxt bütün bədən səninlə birlikdə qəhr edir. Burnun dirəyi sızlayır. Gözlərdən qanayana qədər yaş axır. Ağıl funksiyalarını itirir. Doğru düşünüb, məntiqli qərar ala bilmir. Ruh naxış depressiyada, struktur çökür. Dildə belə dad alma duyğusu itir. Həyatın bütün bağları qopur. Sonra toparlanın baxaq toparlayabilirsən. Zaman keçir bu vaxt, günlər, aylar, mövsümlər su kimi axır. Çöldə həyat dayanıb, səni gözləmir ki!

Nə desəm olmur. Nə söyləsəm kar etmir. Bu ürək işi çox çətindir. Könül gedəcəyi yolu özü seçir. Ağıl, fikir, əl, ayaq, nə varsa arxasından süründürülür. Onsuz da bu son şansıdır, ümid edirəm bu dəfə doğru adamı seçmişdir. And içirəm, yenə eyni yanğına tutulsa, durduraram bu ürəyi bir gecə yarısı içimdə!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Alev..
    • Alev..
    • 12 Aralık 2015 14:58
    redaktə pis deildi amma hekayə gözəl idi
  2. glamour
    Nə söyləsəm tərsini edir. İbrət olsun deyə, meydanda sallandıracaqsan bunun kimi ürəkləri, bax bir daha edirlərmi?
    "Əsla sevmə" deyə üstünə basa-basa söylədiyim kim varsa, həmişə gedib onlara aşiq oldu.


    maragli sozlerdi cox saolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.