Nə demək olduğunu?

26 Ağustos 2014
1 511
0
Nə demək olduğunu?
Nə demək olduğunu?



..Evə gedərkən yolun qırağındaki gül mağazasında bir dəstə çiçək hazırlatdırdı.düşünürdü ki,dünən baş verənlər hər zamanki mübahisələrdən biri idi sadəcə..bu gün o,yenə evə gedəcək və dünənki sözlərindən peşman olmuş qadınının pəncərədən baxıb gülümsədiyini görəcək.. qapıdan içəri girən zaman girişdə gördüyü sıra ilə düzülmüş çamadanlar isə deyəsən onunla eyni fikirdə deyildi..siz heç fikirlərinizin tamam səhv olduğunu görən zaman keçirilən hissin nə olduğunu bilirsiz? məsələn,imtahana getdiyin zaman sualın cavab variantlarına baxırsan və əmin olursan ki,sən doğru cavabı bilirsən..sonra cavabları yoxlayanda görürsən ki,yox..bu belə deyil.hiss etdiyiniz təəccüb hissi təəssüfdən daha çox olur..bir neçə dəqiqə olduğu yerdə dayandı..”bəlkə çoxdan çıxıb gedib? bəlkə əşyalarının yarısını da sonra götürəcək?”, “bəlkə hələ də evdədir? paltarlarını geyinib hazır vəziyyətdə mənə “sağol” demək üçün içəri otaqda gözləyir? ” .. hər iki ehtimal da öldürücü idi..və o, gerçəklə üzləşmək üçün lazım olan cəsarəti heç cürə özündə tapa bilmirdi..siz heç həyatın tragediyasında baş qəhrəman olmağın nə demək olduğunu bilirsiniz? hər şeyin günahkarı olmağın.. və eyni zamanda diz çöküb yalvaracaq qədər peşman olmağın nə demək olduğunu?..məncə yox..çünki,indi bu ehtimallardan hansının doğru olduğunu bilmək istəyəcək qədər cəsarətlisiniz..mən isə yox..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.