Artıq bittin məndə...

16 Ocak 2015
1 397
0
Artıq bittin məndə...
Artıq bittin məndə...

Artıq bittin məndə...Sus !

Artıq bittin məndə...Daha çox ağrıtma qəlbimi. Heç bir söz söyləmə.. Danışma nə olar ! Mən istəmədim ki, getməyi... Mən istəmədim ki, səndən imtina etməyi... Məcbur idim ! Məcbur etdin məni... Etmək lazım olanı etdim, mən yalnız.. Olmadı...Nə qədər çox sevsəm səni.. O qədər sürətli sürüşürdü uçurum kənarındakı ayaqlarımızın altındakı torpaq ! Sonu yox idi... Yıxılacaqdıq.. Buna görə buraxdım əllərini... Buna görə səssizcə, əzab vermədən getdim həyatından...

Artıq bittin məndə...Səhv idi !

Artıq bittin məndə...4 səhv - 1 düz etməzdi.. Olmamağı lazım olan bir sevginin... Qadağan olan eşqimizi yaşayırdıq biz yalnız..
Qadağan idin sən mənə ! Səhv zamanda doğru adam idin bəlkə də..
Bəlkə xoşbəxt də ola bilərdik... Amma vaxtsız gəldi xəyan
ət! Daşıya bilmədim... Bilə-bilə...
Sonu olmadığını bilə-bilə sevməyə davam etmək.. Dəlilik deyildi də nə idi səncə? Nə vaxta qədər davam edərdi bu gizli sevgi?
Unutma... Eşq nə qədər isti olsa, ayrılıq da o qədər yandırıcı olarmış...


Artıq bittin məndə...Yandırmaq istəmədim bizi..!

Artıq bittin məndə...Əl çəkə bilmədim bəlkə bu gizli sevgidən.. Belə bitməməli idi... Amma gözlərinə baxsam ayrıla bilməzdim... Səsini eşitsəm, bu qədər asan ayrıla bilməzdim səndən.. Əzab çəkərdim Düşərdik o uçurumdan birlikdə... Həm də sonunun ölüm olduğunu bilə-bilə... Qıya bilmədim sənə... Qıya bilmədim can verən yaralı eşqimizə... Batdıqca batdım... Düşündükcə itdim qaranlıq dünyamda...Üzr istəyərəm..Belə olsun istəməzdim ! Amma dediyin kimi... Bitməyi lazım idi bu gizli sevdanın... Bitməyin lazım idi məndə... Və bitdin !
Artıq bittin məndə...Bağışla məni "Tək gerçəyim"..


Artıq bittin məndə...


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.