Azərbaycan Silahlı Qüvvələrinə 300 qadın qoşuldu

21 Ocak 2015
2 824
0
Azərbaycan Silahlı Qüvvələrinə 300 qadın qoşuldu
Azərbaycan Silahlı Qüvvələrinə 300 qadın qoşuldu



Son bir il ərzində Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 10 mindən artıq vətəndaş xidmətə qəbul edilib.

Bu barədə Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, polkovnik Hikmət Xalıqovun nazirliyin rəsmi mətbu orqanı olan «Azərbaycan Ordusu» qəzetində dərc olunmuş məqaləsində bildirilib.

H.Xalıqov müddətdən artıq həqiq hərbi xidmət qulluqçusu kimi xidmətə qəbul olunan vətəndaşlardan 300 nəfərinin qadın olduğunu qeyd edib: «Qeyd olunan statistik göstəricilər ölkənin günü-gündən artan iqtisadi uğurları nəticəsində hərbi potensialımızın daha da güclənməsini və ordumuzun yetərli uğurlara imza atdığını deməyə əsas verir».

Polkovnik sərhədyanı bölgələrdə yaşayan gənclərin xidməti başa vurduqdan sonra Silahlı Qüvvələrin sıralarında qalıb xidməti davam etdirdiklərini bildirib.

Məqalədə qeyd olunub ki, hərbi hissələrdə təsərrüfat işlərinin mülki şəxslərə həvalə olunması əsgəri intizamın yüksəlməsinə səbəb olur, münasibətlərin normallaşmasına və sosial ədalət prinsipinin möhkəmlənməsinə zəmin yaradır.



Azərbaycan Silahlı Qüvvələrinə 300 qadın qoşuldu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.