Moskvadan qəti qərar

24 Ocak 2015
1 283
0
Moskvadan qəti qərar
Moskvadan qəti qərar

Gümrüdəki Rus hərbi bazasına muzdlular göndəriləcək
Rusiyanın parlament üzvləri Gümrüdə 102-ci hərbi bazada xidmətə ancaq muzdların göndərilməsi barədə təkliflə çıxış edəcəklərini söyləyiblər.

ANS PRESS-in məlumatına görə, onlar bunu Gümrüdəki bazaya baş çəkdikdən sonra deyiblər.

MDB, Avrasiya əlaqələri və inteqrasiyası üzrə Rusiya Federasiyası Dövlət Dumasının komitə sədrinin birinci müavini Oleq Lebedev RİA "Novosti" agentliyinə bildirib: "Şəxsən mənim mövqeyim ondan ibarətdir ki, cinayətkar üçün cəza maksimal olmalıdır. Əminəm ki, bütün bunlar baş verəcək. Bazaya gəlincə, biz Moskvaya qayıtdıqdan sonra Dövlət Dumasında təkliflə çıxış edəcək, Rusiya hökuməti qarşısında məsələ qaldıracağıq ki, 102-ci hərbi bazanın ərazisində yalnız Rusiyadan kənarda xidmət üçün xüsusi təlim keçən muzdlular qulluq göstərsinlər."

Əslində, Rusiya tərəfinin bu mesajı baş verən faciədən sonra ölkə ərazisində rus hərbi bazasının tamamilə çıxarılacağını düşünüənlər üçün xoş olmayıb və erməniləri məyusluğa düçar edib. Digər tərəfdən, Rusiya rəsmilərinin bu sözləri Ermənistanda mövcud narazılığın qarşısını almaq, etirazçıların könlünü almaq məqsədi daşıyıb.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə bir ailənin altı üzvünü, həmçinin ikiyaşlı uşaq öldürülüb. Ailənin daha bir üzvü – altıaylıq uşaq isə bıçaq yarası ilə son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və o, yanvarın 19-da ölüb.

Cinayətin törədən Rusiya hərbi qulluqçusu Valeri Permyakov yanvarın 13-ə keçən gecə Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb. Hazırda ona qarşı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırılıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.