Putin dərhal Ərdoğana zəng vurdu: "ÇOX ÜZGÜNƏM"

09 Şubat 2017
1 827
0
Putin dərhal Ərdoğana zəng vurdu: "ÇOX ÜZGÜNƏM"
Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilri ki, hadisə saat 08:40-da baş verib. Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb.

Hadisənin pilotun səhvi ucbatından baş verdiyi bildirilir.

Rusiya hərbi təyyarəsinin Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Təyyub Ərdoğanla əlaqə saxlayıb.

Feat.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Putin başsağlığı verib. Bildirildiyinə görə, təyyarə qəza ilə binaya zərbə endirib. Bunun üçün də Putin çox üzgün olduğunu qeyd edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.