Rusiyadan şok Türkiyə açıqlaması — SON DƏQİQƏ
Feat.Az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitriy Peskov məsələ ilə bağlı rəsmi açıqlama verib. Açıqlamada deyilir: "Rusiya hərbi qırıcıları Türkiyənin verdiyi koordinatlara görə hərəkət edirdi".
Bir gün əvvəl Türk Silahlı Qüvvələri "Fərat Qalxanı" hərəkatı ərazisində Rusiyaya aid bir qırıcının səhvən türk əsgərlərini bombaladığını bildirmişdi. Hadisə nəticəsində bir neçə türk əsgəri şəhid olmuşdu. Türkiyənin açıqlamasına Kremldən cavab gəlib. Dmitriy Peskov Rusiyaya məxsus qırıcıların Türkiyənin verdiyi koordinatlara görə hərəkət etdiyini bildirib.
Peskov həm də bildirib ki, dünən Rusiya prezidenti Putinlə Türkiyə prezidenti Ərdoğan arasında telefon danışığı baş tutub. Liderlər uzun müddət Əl-Babda baş verən hadisəni müzakirə ediblər.
Baş nazirin müavini Numan Kurtulmuş isə hadisəni belə şərh edib: "Bu tamamilə istənilmədən baş verən hadisədir. Bu bir qəzadır".
olke.az