HƏYƏCANLI SAATLAR: iki ordu üz-üzə, hər an böyük müharibə başlaya bilər - FOTO
Feat.Az xəbər verir ki, şəhərdə İŞİD küncə sıxışdırılsa da, türk əsgərləri ilə Əsəd güclərinin üz-üzə gəlmə təhlükəsi yaranıb.
Türkiyənin dəstəklədiyi suriyalı müxaliflər “Financial Times” nəşrinə bildiriblər ki, “Əsəd Əl baba Türkiyədən öncə daxil olarsa, bu, bir fəlakət olacaq”.
Türkiyə prezidentini sözçüsü İbrahim Kalın dünən verdiyi müsahibədə bildirib ki, Əsəd gücləri ilə qarşılaşmamaları üçün Rusiya ilə danışıqlar aparılır.
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu isə Əl Babdan 6,2 kilometr uzaqlıqda olan Əsəd güclərinin qarşısını almaq üçün Hələb yolunu kəsib.
Əgər Əsəd Əl Baba Türkiyədə öncə daxil olarsa, o zaman, şəhərdən çıxmayacaq və Türkiyə ordusu ilə toqquşmalar başlanacaq. Bu isə Türkiyənin birbaşa Əsəd ordusu ilə müharibəyə girməsi deməkdir.