Yarışda qalib gəlmək üçün ağılasığmaz üsuldan istifadə etdi (VİDEO_)
Şəklinin yığışdırılmasını istəyən jokey özünü ələ verib
Amerikada bir jokeyə əvvəl mükafat verilib, sonra isə cəzalandırılıb.
ANS PRESS-in məlumatına görə, yanvarın 17-də Amerikanın Texas ştatında keçirilən at yarışında Erik Çapa adlı jokey qalib olub. Lakin bir neçə gün sonra yayılan şəkillərdə Erik Çapanın sol əlindəki əşya insanların diqqətini çəkib. Məlum olub ki, 43 yaşlı jokeyin əlindəki elektroşok cihazı olub. O, bu cihaz vasitəsilə atı daha sürətli qaçmağa məcbur edib.
Hadisənin üstü tamamilə bir təsadüf nəticəsində açılıb. Belə ki, inetrnetdə yarış haqqında yazı yerləşdirilən zaman Erik Çapanın şəkilləri də sayta qoyulub. Daha sonra Çapa fotoqrafa zəng edərək xahiş edib ki, onun şəkilləri yığışdırılsın. Səbəb olaraq isə şəkilləri bəyənmədiyini deyib. Təşkilatçılar bundan şübhələniblər. Araşdırma zamanı jokeyin əlindəki elektroşok cihazını görüblər. Oyunçunun mükafatı əlindən alınıb və cəzalandırılıb.
Qeyd edək ki, Erik Çapa bir neçə dəfə heyvanlarla pis rəftar etdiyinə görə cəzalandırılıb. 1994-cü ildə yenə at yarışında ata təsir etmək üçün mismardan istifadə etdiyinə görə 2500 dollar, 2012-ci ildə isə atı yarış vaxtı vurduğuna görə 100 dollar cərimələnib. 2002-ci ildə isə iti döydüyünə görə 10 günlük həbs edilib.
VideO