Kaxaber Tsxadadze: "Gözə gəldik"

30 Ocak 2015
1 012
0
Kaxaber Tsxadadze: "Gözə gəldik"
Kaxaber Tsxadadze: "Gözə gəldik"

Məşqçılər oyunla bağlı fikirlərini bildirib
Kaxaber Tsxadadze "Sumqayıt"la (0:0) oyunla bağlı fikirlərini bildirib.

ANS PRESS-in məlumatına görə, "İnter"in baş məşqçisi gözə gəldiklərini bildirib:

"Yaxşı oyun alındı. Məncə, Türkiyə toplanışından sonra həm özümüz, həm də mətbuat komanda barədə çox danışdıq. Belə demək mümkünsə, gözə gəldik. Penaltini ona görə Yohan vurdu ki, Baçana meydançada yox idi. Penalti vuranların sıralamasında Baçana birincidi. Amma mən penaltini qola çevirə bilməyən Yohanı qınamıram. Belə hallar olur. Komandadan getmə məsələm barədə danışmaq istəmirəm. Çünki mən çempionatın qarşıdakı oyunlarına köklənmişəm".

"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov hücumda zəif oynamadıqlarını bildirib:

"İnter" bizim üçün həmişə çətin rəqib olub. Buna baxmayaraq, bu gün yaxşı oyun sərgilədik. Sona qədər mübarizə aparan futbolçulara təşəkkür edirəm. Qələbə qazana bilməsək də, bir xal qazandıq. Hücumda zəif deyildik. Sadəcə, "İnter" boşluqlar yaratmadı".
Kaxaber Tsxadadze: "Gözə gəldik"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.