Çelyabinskdə azərbaycanlı 18 yaşlı qızı doğradı

05 Şubat 2015
2 693
0
Çelyabinskdə azərbaycanlı 18 yaşlı qızı doğradı
Çelyabinskdə azərbaycanlı 18 yaşlı qızı doğradı


Qısqanc oğlan emosiyalarını cilovlaya bilməyib.

Zlatoustda (Çelyabinsk vilayəti) qısqanc oğlan 18 yaşlı kollec tələbəsinə 12 bıçaq zərbəsi vurub. Gənc özü polis bölməsinə gələrək qətl törətdiyini etiraf edib, “Dostup” Xəbərlər agentliyinin müxbiri bildirib.

FeaT.Az xəbər verir ki, “50 let Oktyabrya” küçəsində bu ilin fevral ayının 2-də dəhşətli hadisə baş verib.

Başqırdıstan respublikasından təhsil almağa gələn kollec tələbəsi həmin küçədə kirayədə qalıb.

Azərbaycan vətəndaşı olan və yaxınlıqdakı kababxanada işləyən 21 yaşlı görüşdüyü gənc gecə saatlarında ona qonaq gəlib. Gənc oğlan qızla aralarındakı münasibətlərdən söhbət açıb, çünki qızın xəyanətindən şübhələnib, amma söhbət alınmayıb.

“Mübahisə zamanı oğlan mətbəx bıçağına əl ataraq qızın sinə və qarın nahiyəsinə 12 zərbə vurub, qız aldığı yaralardan hadisə yerindəcə keçinib. Törətdiyi əməldən sonra oğlan yaxınlıqdakı polis bölməsinə gəlib və qətl törətdiyini etiraf edib. Gənc oğlan dindirilmə zamanı əməlini etiraf edərək, qətli qısqanclıq zəminində törətdiyini deyib. O, emosiyalarını cilovlaya bilmədiyini, çox çılğın olduğunu söyləyib”, - Çelyabinsk vilayəti üzrə Məhkəmə İdarəsinin baş müstəntiqi Marina Qoverdovskaya bildirib.

Fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 maddəsinin 1-ci bəndi (qətl) üzrə cinayət işi açılıb. İttiham irəli sürülməsinə dair məsələlər həll edilir. Bu gün istintaq hadisədə şübhəli bilinən şəxsin həbs edilməsinə dair məhkəməyə müraciət edəcək. Mühacir 15 il azadlıqdan məhrum edilə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.