600-güclü sedan Hyundai

08 Şubat 2015
1 761
0
600-güclü sedan Hyundai
600-güclü sedan Hyundai




Hyundai şirkəti və tanınmış avtomobil emalatxanası Toca Marketing mühərrik bölməsində 600-güclü V8 tvin-turbo yerləşən və rəsmi debütü hər il keçirilən SEMA-2014 sərgisində nəzərdə tutulan həqiqətən unikal Genesis sedanı işləyib hazırlamaq üçün qüvvələrini birləşdiriblər.

Modernizə edilmiş 600-güclü Hyundai Genesis by Toca Marketing yeganə nüsxədə buraxılacaq. Cənubi Koreya brendinin flaqmanı geniş tərkibli aerodinamik asma əldə edib. Ona yeni bamper, yenidən işlənmiş yan ətəklər və geniş təkər tağları daxildir. Bundan başqa, xüsusi olaraq hazırlanmış Hyundai Genesis by Toca Marketing eksklüziv qara parlaq rəng və yeni karbon diffuzor əldə edib.

600-güclü sedan Hyundai

Diqqəti dərhal cəlb edən müasir idman üslubu öz davamını salonda tapır. Burada yalnız yüksək keyfiyyətli Nappa, zamş, alüminium və karbondan istifadə edilib. Daxili tərtibatın digər özəlliklərindən xüsusi Prosport EVO məlumatvericilərini və yüksək səviyyəli Rockford Fosgate akustik sistemi qeyd etmək olar.


Rəsmi anonsdan da gözlənildiyi kimi daha əhəmiyyətli dəyişikliklər Hyundai Genesis by Toca Marketing sedanın kapotu altında baş verib. Avtomobilin mühərrik bölməsində 5,0 litrlik V8 güc qurğusu durur. O iki ədəd Garrett turbokompressoru və yeni Catback idman xaricetmə sistemi əldə edib. Bu dəyişikliklər sayəsində mühərrik 600 a.g. hasil edir. Əlavə edək ki, sedan pnevmatik asqıdan, yüksək göstəriciləri olan əyləc sistemindən və Toyo Proxes T1R şinləri geyindirilmiş 21 düym COR disklərindən istifadə edir

600-güclü sedan Hyundai.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.