Nissan yeni nəsil Maхima təqdim etdi

11 Mayıs 2015
1 714
0
Nissan yeni nəsil Maхima təqdim etdi
Nissan yeni nəsil Maхima təqdim etdi


“Nissan” şirkəti rəsmi olaraq yeni nəsil sedan “Maxima” təqdim edib. Şirkətin özündə avtomobili “dördqapılı sportkar” adlandırırlar. Yeniliyin debütü Nyu-York avtosalonunda olub.Model ABŞ-da bu yay satışa çıxarılacaq və qiyməti 32410 dollardan başlayacaq. Yenilik 5 komplektasiya variantı ilə təklif ediləcək. Avtomobilin əsas rəqibi deyilənə görə “Hyundai Genesis”-dir.

Avtomobilin dizaynı bir çox cizgilərinə görə 2014-cü ildə Detroyt avtosalonunda təqdim edilmiş konsept “Sport Sedan”-ı təkrarlayır: damda rəvan xətlər, aqressiv formalı fənər və faralar, V-şəkilli radiator barmaqlığı, bir qədər qaldırılmış arxa bamper.Avtomobilin salonunda dəridən idman oturacaqları quraşdırılıb. “Maxima” 8-düymlü sensor displeyi olan yenilənmiş multimedia sistemi və mühərriki işə salan sistemlə təchiz edilir.

İdman sedanı bir sıra yardım sistemləri, o cümlədən uyğunlaşdırılmış kruiz-nəzarət, fövqəladə əyləc, kor zonaları monitorinq edən “Blind Spot Detection”, arxa hərəkətə nəzarət və sürücünün yorğunluğunu müəyyənləşdirən sistemlər, habelə ətraf nəzarət kameraları ilə də təchiz edilir.

“Maxima”-nın kapotu altında təkmilləşdirilmiş 3,5-litrlik V6 benzin mühərrik quraşdırılıb. O, 300 a.g.-ə malikdir. Orta yanacaq sərfiyyatı 100 km məsafəyə 7,8 litrdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.