Həbsxanada tələbə qızı zorlayanın başına oyun açdılar

19 Şubat 2015
1 709
0
Həbsxanada tələbə qızı zorlayanın başına oyun açdılar
Həbsxanada tələbə qızı zorlayanın başına oyun açdılar


Ayaqları kəsilən məhkum dərhal xəstəxanaya yerləşdirilib.

Bütün Türkiyəni yasa bürüyən Özgecan Aslan cinayətində qatilə kömək edən şəxsi həbsxanada döyərək xəstəxanalıq ediblər.

Qatilə kömək edən 3 nəfər olub, lakin həbsxanada döyülən şəxsin adı açıqlanmır.

Belə ki, həbs edilən şəxs Mersin həbsxanasında möhkəm döyüldükdən sonra ayaqları kəsilib. Türkiyə mətbuatının yazdığına görə, məhkumlar onun ayağını pəncərədən qırılmış şüşələrlə kəsiblər.

Ayaqları kəsilən məhkum dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Özgecan Aslan cinayəti ilə bağlı qatilə yardım edən 3 nəfər Suphi Altındöken, Necmettin Altındöken ve Fatih Gökçe həbs edilib.


Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Mersin vilayətinin Tarsus rayonunda Özgecan Aslan adlı ali mktəb tələbəsi evinə getmək üçün mindiyi ictimai nəqliyyatda 3 nəfər tərəfindən zorlanaraq öldürülmüş, sonra isə cəsədi yandırılmışdı. Baş vermiş vəhşilik ölkə ictimaiyyəti tərəfindən böyük etirtazla qarşılanıb, bir çox hökumət nümayəndəsi və QHT-lər edan cəzasının bərpa olunması üçün işə başlayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.