Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina uçdu

21 Şubat 2015
1 234
0
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina uçdu
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina uçdu
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada uçqun olub.

FeaT.Az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən binalardan birində qeydə alınıb. Binadakı mənzillərdən birində uçqun olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Polisdən həmçinin bildirilib ki, uçqun baş verən binada məcburi köçkünlər məskunlaşıbmış.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.