Məcburi köçkünlər üçün salınmış qəsəbədə bıçaqlanma - YENİLƏNİB
Məmurun nə üçün bıçaqlandığı açıqlanıb.
Bu gün səhər saatlarında Tərtərin Dörd yol adlanan ərazisində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, əslən Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyev öz oğlunun qaynı tərəfindən bıçaqlanıb.
Yerli sakinlərdən verilən məlumata görə, hadisəyə Füzuli Əliyevin oğlu Rəşad Əliyevin həyat yoldaşını boşadığı üçün qaynının ondan intiqam almaq istəməsi səbəb olub.
Hadisə ərazidəki mağazalardan birində baş vedib. Hadisəni törədən Rəşad adlı şəxs daha sonra polisə gedərək təslim olub.
Qeyd edək ki, Füzuli Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşıdır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
14:44
Ağdamda məcburi köçkünlər üçün salınmış Dördyol qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşı Əliyev Füzuli Veyis oğlu 6 bıçaq yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Cərrahi müdaxilə ilə onun həyatını xilas etmək mümkün olub.
F.Əliyevin keçmiş qudaları ilə aralarında yaranmış münaqişə nəticəsində bıçaqlandığı bildirilir.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.