Məktəblərə pıanşet paylanacaq?
"Azərbaycanda məktəblilərə online və smart planşetlərin verilməsi bu barədə dövlət proqramı təsdiqləndikdən sonra reallaşa bilər.
Hələki, yəni bu dərs ilindən bunun həyata keçirilib-keçirilməyəcəyi barədə bir söz demək mümkün deyil. Mütləq bu barədə dövlət proqramı olmalı və bu proqram ölkə Prezidenti tərəfindən təsdiqlənməlidir".
Bu sözləri açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.
C. Valehov bildirib ki, yeni təhsil strategiyasına keçdikdən sonra dərsliklərin elektron formada olması, məktəb şagirdlərinin hər birinə online və smart planşetlər verilməsi Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulub. Amma bunun reallaşacağı vaxtı indidən söyləmək mümkün deyil.