Nepal və Hindistanda 180-dən çox insan daşqınların qurbanı oldu

20 Ağustos 2014
1 387
0
Nepal və Hindistanda 180-dən çox insan daşqınların qurbanı oldu
Nepal və Hindistanda 180-dən çox insan daşqınların qurbanı oldu

Güclü yağışlar nəticəsində baş vermiş daşqınlar nəticəsində Nepalda azı 100, Hindistanda isə 84 nəfər həlak olub.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hazırda Qərbi Nepalda təbii fəlakət səbəbindən minlərlə insan evsiz qalıb. Hökumətin məlumatına əsasən, ölkənin 75 inzibati rayonundan 20-nə ciddi ziyan dəyib.

Hindistanda ən acınacaqlı vəziyyət ölkənin şimal Uttarakhand ştatında yaranıb. Əhalini fəlakət zonasından təxliyyə etmək üçün hökumət ordu qüvvələri cəlb edib. Təxliyyə olunan insanlar məktəb və digər ictimai binalarda yerləşdirilirlər.


Redaktə etdi_..::FeaT LaDy::.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.