AvrOpanin en yaxsi Sesi 7 yasli Azerbaycanli oldu

22 Ağustos 2014
1 704
0
AvrOpanin en yaxsi Sesi 7 yasli Azerbaycanli oldu
AvrOpanin en yaxsi Sesi 7 yasli Azerbaycanli oldu

Azərbaycan ilk dəfə Makedoniyanın Struqa şəhərində keçirilən “Lake Pearls” (Ezerskie Biseri) musiqi festivalında təmsil olunub.

Mərasimə İsrail, Almaniya, Bolqarıstan, Rusiya, Ukrayna, Malta, İspaniya, İtaliya və digər dövlətlər daxil olmaqla 27 ölkədən 400-ə yaxın təmsilçi qatılıb. Tədbirdə ölkəmizi 7 yaşlı Selcan Museyibova təmsil edib. 10 gün davam edən festival günlərində təmsilçimiz 2 dəfə səhnəyə çıxıb, kiçik yaşlı iştirakçılar arasında “Ən yaxşı səs” nominasiyasına layiq görülüb. Münsiflər heyətinin tərkibində ölkəmizi “Addım Gənclər Təşkilatı”nın sədri, prodüser Hüseyn Cavadzadə təmsil edib.

Qeyd edək ki, Selcan Museyibova ötən il ölkəmizi Bolqarıstanda keçirilən “Golden Sparkles” festivalında təmsil edərək iki nominasiyada qalib olmuşdu.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.