Bakıda diskotekada ölüm - YENİLƏNİB

17 Ağustos 2014
2 775
0
Bakıda diskotekada ölüm - YENİLƏNİB
Bakıda diskotekada ölüm - YENİLƏNİB

15:22

Ötən gecə saat 01 radələrində Bakının Binəqədi rayonunda qətl hadisəsi törədilib.

Binəqədi rayon prokuroru Nazim İmanovun anspress-ə verdiyi məlumata görə, Novxanı qəsəbəsi ərazisində, Sahil yaxınlığındakı diskotekaların birində bıçaqlanma olub.

Bıçaqlanan Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əlihüseynağa Gülağa oğlu Əliyev kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq gənc dünyasını dəyişib.

Hadisənin nə səbəbdən baş verməsi araşdırılır. Cinayətin kim, yaxud kimlər tərəfindən törədilməsi aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

-----------
13:03

Bu gün Binəqədi rayonu Novxanı qəsəbəsinin ərazisindən Sumqayıt şəhər sakini Ağa Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, A. Əliyev xəstəxanada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.