Paytaxtda gənc oğlanı qanına qəltan etdilər

06 Kasım 2014
2 764
0
Paytaxtda gənc oğlanı qanına qəltan etdilər
Paytaxtda gənc oğlanı qanına qəltan etdilər

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Paytaxtda qətl hadisəsi törədən şəxs tutulub.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Şamo Nizami oğlu Yunisovu qətlə yetirən Gürcüstan Respublikasının vətəndaşı, 1997-ci il təvəllüdlü Sərxan İltizam oğlu Çobanov tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

12:06

Ötən gün Bakının Sabunçu rayonunda gənclər arasında dava ölümlə nəticələnib.

Sabunçu Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1997-ci il təvəllüdlü Şamo Nizami oğlu Yunisov bədəninin müxtəlif yerlərindən bıçaq xəsarətləri alıb. Yaralı ağır halda xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı gəncin həmyaşıdı Fərəc İltizam oğlu Cabirov tərəfindən bıçaqlandığı məlum olub. Keçirilən əməliyyat nəticəsində həmin şəxs tutulub.

Hadisənin iki gəncin mübahisəsi zamanı baş verdiyi bildirilir. Lakin mübahisənin nə üstə düşdüyü barədə məlumat verilmir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

10:55

Bakıda qətl törədilib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü Şamo Nizami oğlu Yunisov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Ş.Yunisovu xilas etmək mümkün olmayıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.